ABŞ-da PUA-ların sürü halında idarə olunması sınaqdan keçirildi

ABŞ-da PUA-ların sürü halında idarə olunması sınaqdan keçirildi
1144     11:23     12 01 2022    
ABŞ-ın “Raytheon” şirkəti OFFSET (OFFensive Swarm-Enabled Tactics) adlanan proqram çərçivəsində 100-dən çox PUA-nın sürü halında idarə olunmasını sınaqdan keçirib.

Şirkətin mətbaut xidməti bildirib ki, sınaq zamanı 130 fiziki və 30 simulyasiya edilmiş PUA-lardan istifadə edilib. PUA-lardan ibarət olan sürü həm qapalı, həm də açıq havada şəhər şəraitində operator tərəfindən idarə olunub.

Şirkət rəsmiləri bildirib ki, texnologiyanın əsasında “düzgün imkanlara malik PUA-ları müvafiq tapşırıqlar toplusuna” təyin edən proqram təminatı dayanır. Daha sonra PUA-lar tapşırığı yerinə yetirmək üçün “ən səmərəli” yollardan istifadə edirlər.

“Məsələn, əgər vəzifə binanı izləməkdirsə, binanın hər bir hissəsinə çoxlu PUA göndəriləcək. Proqram hər bir platformanın sensor imkanlarını nəzərə alır və binanı izləmək üçün PUA-lara tapşırıqlar verir”, - deyə şirkət rəsmiləri qeyd edib.

Ənənəvi kamera görüntülərinə əlavə olaraq, sistem nitqə əsaslanan virtual reallıq interfeysindən istifadə edir, bu da operatora tez hərəkət etməyə imkan verir.

Sürü hazır kommersiya modellərinin və xüsusi hazırlanmış aparat və proqram təminatının birləşməsindən ibarətdir.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar