Vətən Müharibəsindən dərslər: Çin kamikadze tipli PUA sürüsünü sınaqdan keçirdi
Çin Elektron və İnformasiya Texnologiyaları Akademiyası (CAEIT) sınaqların sentyabr ayında keçirildiyini bildirib. CAEIT dövlətə məxsus Çin Elektron Texnologiyalar Qrupu korporasiyasının (CETC) törəmə müəsisəsidir və 2017-ci ilin iyun ayında 120-ə yaxın kiçik sabit qanadlı PUA-nı sınaqdan keçirərək rekord qırıb. Dörd ay sonra CAEIT 200 sabit qanadlı PUA ilə özünün daha böyük təcrübəsini həyata keçirib. Çin şirkətləri, həmçinin böyük kütləvi nümayişlər üçün kvadrakopter tipli PUA-lardan istifadə edərək təsirli sürülər nümayiş etdiriblər.
Sentyabr ayında keçirilən sınaqda istifadə edilən PUA-ların adı və ya təyinatı ilə bağlı informasiyalar ictimaiyyətə məlum deyil. Ancaq təqdim olunan görüntülərdə PUA-ların forma və funksiyalarına görə “China Poly Defence” müəsisəsinin CH-901 “gəzən sursat”ının son modellərinə çox bənzədiyi göstərir.
Borudan buraxılan CH-901 ilk dəfə 2016-cı ildə ortaya çıxıb, bir cüt açılan qanadla yanaşı qatlanan V-tipli quyruğu var idi. Bu yaxınlarda bu dizayn inkişaf etdirildi və V-tipli quyruq test videosunda gördüyümüz PUA-ya bənzər bir başqa açılan qanad və qatlanan cüt quyruq ilə əvəz olundu.
Əlbəttə ki, iki cüt qatlanan qanaddan ibarət olan dizaynlar ABŞ-ın “AeroVironment” şirkəti tərəfindən istehsal edilən “Switchblade” kamikadze PUA-sı da daxil olmaqla bir çox PUA-da istifadə olunur. Sınaq zamanı istifadə olunan PUA, eyni zamanda ABŞ-ın “Raytheon” müdafiə şirkətinin “Coyote” PUA-larını xatırladır. “Coyote” PUA-ları da havadan buraxıla bilir. ABŞ Hərbi Dəniz Qüvvələri, eyni zamanda iki cüt qatlanan qanadları olan, “Super Hornets” təyyarələrindən buraxılan kiçik ölçülü “Perdix” PUA-larını da sürü halında sınaqdan keçirmişdi.
“Dongfeng Mengshi” yüngül taktiki vasitəsinin dəyişdirilmiş 6x6 təkər formuluna malik versiyasına quraşdırılmış 48 borulu buraxılış qurğusu bəzi cəhətlərinə gğrə ABŞ Hərbi Dəniz QüvvələrininTədqiqat Bürosunun “Coyotes”ləri işə salan zaman istifadə etdiyi çoxborulu qurğulara bənzəyir. “Poly Defence”, həmçinin CH-901 üçün nəzərdə tutulan buraxılış borularının maketini də göstərib. Qeyd etmək lazımdır ki, bu qutuya bənzər raketlərdən hər hansı biri gəmilərdə də quraşdırıla bilər.
CAEIT-in sınaqları “Bell 206L” helikopterinə quraşdırılmış borudan buraxılan PUA-nı və “Robinson R” seriyalı bir helikopterdən atılan PUA-nı əhatə edirdi. CAEIT-in video görüntülərinin qalan hissəsində 11-ə qədər PUA-nın ortaya çıxdığı, həmçinin tabletə bənzər bir cihaza toxunmaqla PUA-ların hərəkətlərini yönəldən bir şəxsin olduğu görülür. PUA-lardakı elektro-optik kameraların yerdəki sahələri müşahidə etdikdən sonra süni hədəflərə istiqamələndiyini də görürük. Bu PUA-ların gecə işləməsinə imkan verəcək hər hansı bir işığa və ya infraqırmızı kameraya sahib olub-olmadığı aydın deyil.
Bəzi ekspertlər CAEIT videosunda görülən PUA-ların Çin ordusunun hazırda sahib olduğu faktiki əməliyyat qabiliyyətini təmsil etdiyini bildirir, ancaq bu, hələlik aydın deyil. Ümumi sistem, xüsusən də yerüstü mobil buraxılış qurğusu çox yetkin görünür və daha əvvəl də qeyd edildiyi kimi CETC və törəmə şirkətləri illərdir aktiv texnologiya üzərində işləyirlər.
Bütün bunlar göstərir ki, Çin ordusunun PUA-ları sürü qabiliyyətinə malik olmasa da, bu istiqamətdə ciddi irəliyişlər əldə olunub.
Bir çox platformadan atılan PUA-ların sürü halında istifadə edilməsi potensial hədəflərə bir çox istiqamətdən yaxınlaşmaq imkanı verəcək. Sürü halında istifadə olunan PUA-lardan hədəflərin özlərini müdafiə etmələri mahiyyətcə çətindir. PUA-lar bu formada əsasən düşmənin hava hücumundan müdafiəsini sıradan çıxarmaq, qarışdırmaq və məhv etmək üçün istifadə olunur. “War Zone” nəşri sürü halında PUA-ların istifadə edilməsi haqqında yazır:
Şəbəkələşdirilmiş və hədəfin koordinatları daxil edilmiş avtonom PUA-lardan ibarət sürülər istifadə edildiyi zaman bu gün ən inkişaf etmiş qısa mənzilli hava hücumundan müdafiə sistemləri (SHORAD) belə bu hücumların qarşısını ala bilməyəcək. Hücumun təbiəti, hücum edən PUA-ların ölçüsü və koordinasiyalı sürü halında işləmələri belə hücumları ölümcül edir. Yalnız belə bir hücum növünün mümkün olduğunu bilmək qoşunlar üçün psixoloji cəhətdən stresli və mənəvi cəhətdən təsiredici ola bilər.
Tək bir buraxılış qurğusundan saniyələr içində 48 PUA-nın atılması və onların hədəfə doğru sürü halında hərəkət etməsi ideyası hazırda belə bir hücumdan müdafiə olunmayacağı fikrini formalaşdırır. Lazerlər, mini cammerlər (radio qarışdırıcılar) və digər radioelektron mübarizə vasitələri hələ də kütləvi PUA-lara qarşı müdafiəni təmin edə bilmir.
“War Zone” nəşrində dərc olunan məqalədə belə hücumların qismən qarşısının alınması üçün bir təklif irəli sürülür:
“Elmi fantastika janrında olan roman kimi səslənsə də, quru qoşunlarının belə kütləvi PUA hücumunun qarşısını almaq üçün ancaq bir yolu var: onlarla qarşı-qarşıya gələcək çoxlu sayda PUA-ya sahib olmaq. Bu zaman səmada bu kiçik PUA-lar bir-biri ilə vuruşa və hücumun qarşısı nisbətən alına bilər”.
Hazırda belə bir qabiliyyət inkişaf mərhələsindədir, ancaq 2020-ci ildir və hələ də ABŞ-da bu məsələ ilə bağlı ciddi atımlar atılmayıb, bu Pentaqonun uzaqgörənliyinin bu mövzuda nə qədər açıq şəkildə çatışmaz olduğunu göstərir
“Gəzən sursat” sinfinə məxsus PUA-lar yalnız sürü halında deyil, ayrı-ayrılıqda çoxlu sayda istifadə edildikdə belə düşmənə dağıdıcı təsir göstərə bilir. Bunun əyani sübutu bu ilin sentyabr-noyabr aylarında Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərdir. Azərbaycan “Harop”, “Orbiter”, “SkyStriker” tipli kamikadze PUA-ları ilə Ermənistana məxsus çoxlu sayda texnikanı məhv edib.
Kiçik kamikadze tipli PUA-ların hətta ev şəraitində istehsal edilə bilməsi onları qeyri-dövlət aktorları üçün də əlçatan edib. Bu ənənəvi dövlət aktorları üçün təhlükə ehtiva edir.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bu ilin əvvəlində qeyd edirdi ki, hava qüvvələrinin gələcəyi şaquli və pilotsuz uçan texnologiyalardır: “Başqa platformalarda olduğu kimi görə biləcəyimiz adi bir döyüş təyyarəsi ölçüsündə olan böyük pilotsuz platformalardan danışmıram”.
Partlayıcı yüklü kiçik PUA-lar döyüş sahəsinin bütün bölgələri üçün daha ciddi bir təhlükə ehtiva edir. Çindən başqa bir çox ölkələr, o cümlədən Türkiyə bu sahədə ciddi irəliləyişlər əldə edib. CAEIT-in test videosunda hücumlar həyata keçirən PUA-lar görünsə də, bu PUA-lar aldatmaq üçün kiçik radioelektron müharibə paketləri də daşıya bilərlər. İtalyanın “Leonardo” şirkəti bu yaxınlarda Böyük Britaniyanın Hərbi Hava Qüvvələri üçün belə bir qabiliyyət nümayiş etdirdi və ABŞ Ordusu da havadan atıla bilən sürü PUA-ları ailəsi yaratmağı planlaşdırır.
Sürülərin daxilində olan potensial olaraq müxtəlif konfiqurasiyalardakı PUA-lar maksimum təsir üçün radioəlaqələrə müdaxilə, radioelektron mübarizə və uyğunlaşma qabiliyyətləri də ehtiva edə bilər. Daha mürəkkəb əməliyyatları dəstəkləmək üçün digər vahidlərlə birlikdə şəbəkə qura bilər.
Sürülər zaman keçdikcə döyüş sahəsindəki komandirlərə daha əhəmiyyətli fayda verməyə davam edəcək və onları daha da cəlbedici edəcək. Bu imkan potensial olaraq döyüş meydanından kənarda, rəsmi qarşıdurma kontekstində olmayan asimmetrik hücumlar üçün də istifadə edilə bilər.
Nə olursa-olsun, Çində CAEIT-in son sınaqlarında göstərildiyi kimi, PUA-ların sürü halında istifadə olunması artıq reallıqdır. Onların mövcud əməliyyat konsepsiyalarına daha çox inteqrasiya edilməsi yalnız zaman məsələsidir.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı