Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
Yeni bir fenomen olmamasına baxmayaraq, ən son PƏS sınağı “Rubicon kosmosu”nu keçmək kimi qəbul edildi. Bu, dövlətlərin, o cümlədən Misir və Şri-Lanka rəhbərliyinin kosmosda silahlanma yarışının qarşısını almaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Kosmosda Silah Yarışının Qarşısının alınması (PAROS) problemini həll edə bilməməsini göstərir.
Müəyyən silah sistemlərinin qarşısını almaq üçün bir rejim qurmaq onun tam inkişafı və tətbiqindən əvvəl daha asandır. Həqiqətən, ən uğurlu qadağa rejimləri həmin silahların milli arsenallara daxil edilməsindən əvvəl tətbiq edilənlərdir. Məsələn həddindən artıq zərərli hesab olunan və ya göz yandıran lazerlər kimi silah sistemləri bu qəbildəndir.
Kosmosa gəldikdə, Misir və Şri-Lanka Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Silahsızlanma Konfransında PAROS ilə bağlı qanuni qüvvəyə malik müqaviləni müzakirə etmək zərurəti üçün ardıcıl olaraq təzyiq göstəriblər. Bu müqavilə kosmosda silahların tətbiqinin, həmçinin PƏS sınaqlarının qarşısını alacaq. Baş Assambleyada qətnamənin lehinə səsvermənin çoxluğuna baxmayaraq, danışıqlar mandatının razılaşdırılmasının qarşısı çoxlu maneələr və gecikdirmə taktikası ilə alındı. Əksinə, bir çoxları diqqəti yalnız başqa bir məsələyə yönəltməyə çalışdılar, bəziləri bunu yanlış hesab edir, bəzilər isə mübahisə edirdi.
Son on il ərzində çoxtərəfli forumlarda kosmosla bağlı müzakirələr əsasən bir məsələ üzərində cəmləşib: kosmik tullantı. Bu məsələ çox vacibdir, çünki istifadə edilə bilən fəzanın mövcud sferası sonludur (həm Aşağı Yer Orbiti, həm də Geosinxron Ekvator Orbiti) və kosmik tullantılar kosmosun tıxanması üçün ən böyük təhlükə yaradır. Daha da pisi, kosmik aktivləri məhv edən, bununla da kaskad effekti yaradan qəza ehtimalı həm realdır, həm də hər yerdə mövcuddur. Hollivud filmləri bu mövzuya bir neçə dəfə toxunub və “kosmik diplomatlar” üçün boz danışıqlar otaqlarından kənarda ictimai məlumatlılıq yaradılıb. Bununla belə, kosmik tullantılar nə qədər vacib olsa da, PƏS sınaqları da daxil olmaqla kosmik fəaliyyətlərin əlavə məhsulu olaraq qalır və buna görə də daha geniş çərçivədə həll edilməlidir. Bundan əlavə, kosmosu yararsız hala gətirən və təcili tədbirlər görülməsini tələb edən kosmik tullantıların xəyalı hələ reallaşmaqdan uzaqdır. Əksinə, kosmik tullantılarının silahlanmadan təcrid olunmuş şəkildə həll edilməsi məntiqsizdir, çünki kosmosda münaqişənin baş verməsi özlüyündə ağlasığmaz miqdarda dağıntılar yarada bilər və beləliklə, kosmik dağıntılarla mübarizə üçün hər hansı yumşaldıcı tədbirlər mənasız olar. Mövcud və gələcək kosmik tullantıların azaldılması yollarını müzakirə etməyə və təklif etməyə davam edərkən, ən son inkişaf nəzərə alınmaqla, prioritet PAROS məsələsinə verilməlidir. Lakin PAROS-a müraciət edərkən, kosmosda silahların və digər peyk əleyhinə silahların tətbiqinin qarşısının alınmasına dair hüquqi qüvvəyə malik müqavilə vacibdir. Çünki heç bir könüllü Davranış Kodeksi kifayət etməyəcək.
PAROS üzrə hüquqi cəhətdən məcburi olan müqavilə üzərində danışıqlara başlamaq üçün bir neçə cəhdlər edilib. Bununla belə, əsasən “Qərbi Avropa və Digərləri Qrupu”na (Birləşmiş Millətlər Təşkilatının 5 qeyri-rəsmi regional qruplarından biridir. Üzvlərin əksəriyyəti Qərbi Avropa, Şimali Avropa və Cənubi Avropa ölkələrindəndir, Kanada, Avstraliya və Yeni Zelandiya da bu qrupa daxildir) üzv ölkələr iddia edirdilər ki, bu məsələ indiyə qədər danışıqlar üçün “yetişməyib”. Kosmosda Silahların Yerləşdirilməsinin Qarşısının Alınması üzrə Rusiya-Çin Müqavilə layihəsi (PPWT) nəzarətdən kənarlaşdırılıb və quru əsaslı PƏS imkanlarına toxunmadığı üçün tənqid edilsə də, layihəyə heç bir əks təklif və ya düzəliş təqdim olunmayıb. Əvəzində kosmosa uçan dövlətlər tərəfindən kosmos fəaliyyətləri üçün Davranış Kodeksinin qəbul edilməsinə təkan verilib.
Davranış Kodeksi vasitəsilə sadəcə siyasi öhdəlik götürmək, bununla belə, bu cür silah sistemləri tam işlənib hazırlanmadan və yerləşdirilməmişdən əvvəl onları qadağan etmək üçün hüquqi rejimə malik olmağın vacibliyi ilə bağlı məqamı qaçırdı. Buraya, alternativ olaraq Kosmik Fəaliyyətlər üzrə Beynəlxalq Davranış Kodeksi kimi istinad edilən, Avropa İttifaqının uğursuz Davranış Kodeksi də daxil idi, burada kiçik bir qrup ölkə sənədi müzakirə edərək onu daha geniş dünyaya təqdim edir. Buraya həmçinin Birləşmiş Millətlər Təşkilatının Hökumət Ekspert Qruplarının Şəffaflıq və Etimad Tədbirləri üzrə (2013 və 2019) işləri daxildir.. Kosmik fəaliyyətlər və/və ya könüllü etimadın möhkəmləndirilməsi tədbirləri üçün siyasi Davranış Kodeksinin israrlı olması PƏS-in hazırlanması, sınaqdan keçirilməsi, ehtiyatın yığılması və/və ya yerləşdirilməsi üzrə milli planlara müəyyən məhdudiyyətlər qoymaq iradəsinin olmamasından xəbər verir, praktikada digər dövlətləri bu cür səyləri davam etdirməyə dəvət edir.
Silahsızlanma Konfransına kosmosda silahlı yarışın qarşısını almaq məqsədilə müqavilə üzrə danışıqlara başlamaq üçün mandat verilməsinə qarşı bir neçə etiraz səsləndi. Lakin daha yaxından araşdırma göstərir ki, bu etirazların bir çoxunun kifayət qədər əsasları yoxdur və ya heç olmasa onlar hüquqi qüvvəyə malik müqavilə üzrə danışıqların başlanmasına mane olmamalıdır. İlk növbədə, PAROS üzrə danışıqlara başlamamaq üçün irəli sürülən arqument kosmosun artıq hərbiləşdirilmiş olmasıdır. Rabitə, naviqasiya və Yerin orbitində fırlanan “casus” peyklər hərbi C4ISR (Command, Control, Communications, Computer, Intelligence, Surveillance and Reconnaissance) strukturların vacib hissələridir və beləliklə, onlar təkcə hərbi aktivlərin bir hissəsi deyil, həm də qanuni hədəflər hesab edilməlidir. Üstəlik, bəzi yerləşdirilmiş peyklərin manevr etmək qabiliyyəti nəzərə alınmaqla kosmosun artıq silahlandığı barədə mübahisələr aparılır. Lakin yaxından araşdırdıqda bu arqumentlər inandırıcı deyil. Bir çoxları beynəlxalq silahsızlanma müqavilələrinin silahların ikili istifadəsinə şərait yaratdığından və daha aydın olmamasından şikayətlənir. Kimyəvi Silahlar Konvensiyası, ikili məqsədli kimyəvi maddələri xüsusi olaraq tanıyarkən hazırlanıb və qüvvəyə minib. Lakin ikili məqsədə malik olmaq, PƏS imkanlarının tək məqsədi olan platformalar və ya kosmik obyektləri hədəfləmək üçün quru əsaslı aktivlərin inkişafı ilə eyni deyil. Sonuncu, müzakirə edilən PAROS müqaviləsinin əhatə dairəsi olmalıdır. Eyni şey təklif olunan müqavilənin yoxlama rejiminə də aiddir.
PAROS müqaviləsi üzrə danışıqların başlanmasını rədd etmək üçün tez-tez göstərilən digər səbəb, mümkün müqavilənin effektiv yoxlama rejiminə dair şübhədir. Arqument ondan ibarətdir ki, həm kosmik aktivlərin faydalı yüklərini, xüsusən də cəlb olunan həssas texnologiyanı, həm də quruda yerləşən PƏS platformalarını yoxlamaq mümkün deyil. Bundan əvvəl eyni şey Bioloji Silahlar Konvensiyası ilə bağlı deyilirdi, ancaq müqavilə müzakirə edildi və qüvvəyə mindi. Üstəlik, əksər tərksilah müqavilələri əslində yoxlama rejimlərindən məhrumdur və ya şübhəsiz tam uyğunluğa zəmanət verə bilməz. Ümid edilən şey əlavə araşdırma tələb etmək üçün müqavilənin kifayət qədər pozulmasını aşkar edə biləcək bir rejimin yaradılmasıdır. Bəziləri bunun artıq kosmosda sensorlar və hesablama metodologiyası vasitəsilə fəza elmlərində müasir irəliləyişlərlə mümkün olduğunu iddia edirlər. Beləliklə, məsələnin həqiqəti köhnə məsəldə qeyd olunduğu kimidir: (siyasi) iradə varsa, bir yol var!
KEÇMİŞDƏ kosmosda silahlanma yarışının qarşısının alınmasına dair qanuni qüvvəyə malik müqavilənin istənilən perspektivi danışıqlara başlamaqdan yayınmaq üçün bəhanələrlə müşayiət olunurdu. İlk baxışdan bu, doğrudan da, siyasi iradənin olmamasının göstəricisi kimi görünə bilər. Bununla belə, nəzərə alsaq ki, PƏS müasir cəmiyyətləri onilliklər boyu geriyə çevirə bilən və kosmosdan dinc istifadəyə inamı qeyri-mümkün edə bilən ən böyük kütləvi pozğunluq silahıdır, xüsusilə gərginliyin artdığı bu məqamda dərhal diqqət tələb edir.
İllərdir ki, tərksilah tərəfdarları tərksilah və silahlara nəzarət rejimlərinə necə nail olmaq barədə iki düşərgə arasında bölünüb. Birinci düşərgədə son nəticədə mühüm maraqlı tərəflərin maraqlarını əks etdirən universal, hüquqi cəhətdən məcburi sənədlərin müzakirəsinin zəruriliyində israr edənlər var. İkinci düşərgədə avanqard hərəkətə həqiqətən inanalar var, onlar deyir ki, normaya uyğunluq əldə etdikdən sonra universal rejimlər yaratmaq mümkündür. Hal-hazırda, sonuncu müəyyən adi silahlar, raket texnologiyaları və ən son nüvə silahları üzərində rejimlər yaratmaq üçün çoxlu səylər göstərir. Bununla belə, bu tendensiya qəti deyil. Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin yaradılması üzrə tarixi səylər göstərdi ki, nüvə silahına malik ölkələr öhdəliklər götürməyə hazır olana qədər onlar istənilən norma təyin edən rejimi açıq şəkildə pozmağa davam edəcəklər. Məhz buna görə də hüquqi qüvvəyə malik alətlərin müzakirəsi zərurəti heç bir norma yaratma rejimi ilə əvəz edilə bilməz. Bu, eyni dərəcədə kosmosda silahlanma yarışının qarşısının alınmasına da şamil ediləcək.
PƏS-in müasir həyat tərzimiz üçün təhlükəsinin yüksək səviyyədə qəbul edilməsi və problemi müxtəlif forumlar vasitəsilə həll etmək üçün davamlı səylərlə bəziləri nikbinlik üçün əsas olduğunu iddia edirlər. Bu kontekstdə, Birləşmiş Açıq İşçi Qrupunun son mandatı, gələcəkdə müqavilə üzrə danışıqların mümkünlüyünü etiraf etdiyi üçün etibarlı bir kanaldır. İdeya ondan ibarətdir ki, “könüllü normalar” üzərində işləmək hüquqi qüvvəyə malik olan müqaviləyə təkan verəcək. Bu, PƏS sınaqlarına birtərəfli, könüllü qadağalar elan edən ölkələr tərəfindən daha da təşviq edilir. Bununla belə, müqavilə üzrə danışıqlara razı olmaq mütləq bunun baş verəcəyi anlamına gəlmir və silahsızlanma sahəsində müqavilələrdə heç vaxt baş tutmayan bir çox yanlış başlanğıclar olub.
Vacib sual ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət, daha dəqiq desək, PAROS müqaviləsi üzrə Silahsızlanma Konfransı çərçivəsində danışıqlara başlamağın əleyhinə olan ölkələr oyanış çağırışına qulaq asıb çağırışa qalxacaqlar, yoxsa daha bir qaçırılmış fürsət olacaq? Bu hüquqi boşluq nəhayət çoxtərəfli rejim vasitəsilə doldurulacaq və kosmik tullantıların azalması və məhv olması məsələsi həll olunacaq? Yoxsa müqavilə kosmos fəaliyyətləri üzərində milli suverenlikdən imtina etmək istəməyənlər tərəfindən pozulacaq?
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
-
5G-dən Orduda Necə İstifadə Olunur?
Son əlavə olunanlar
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə
-
Hərbi tətbiqetmələrdə kvant mexanikası
-
Hərbi bazarda Süni Zəka
-
Hərbi tətbiqetmələrdə nanotexnologiya
-
Kibertəhlükəsizliyin tarixi
-
Süni Zəkanın tarixi
-
ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu
-
Rusiya kibermüharibədə cəbhəsində məğlubdur?
-
Kibertəhlükəsizlik
-
Qlobal müdafiə xəcləri
-
Nanotexnologiya anlayışı bu gün hansı mənanı ifadə edir?
-
SZ silahlanma yarışından kənarda durmaq seçimdir?