İsrail şirkəti ABŞ-da “gəzən sursat”ların kütləvi istehsalına başlayır

İsrail şirkəti ABŞ-da “gəzən sursat”ların kütləvi istehsalına başlayır
971     15:49     18 12 2021    
İsrailin “UVisionAir” şirkəti ABŞ-da “Hero” adlı “gəzən sursat”ların (kamikadze PUA-ların) kütləvi istehsalına başlayır.

Şirkət Virciniya ştatında 25 min kvadratlıq ərazi icarəyə götürüb və istehsal prosesi burada həyata keçiriləcək.

Yeni müəssisədə 2022-ci ilin ortalarından başlayaraq sistemlər istehsal ediləcək.

“Hero” müxtəlif növ faydalı yüklərdən istifadə edərək, müxtəlif diapazonlarda müxtəlif missiyalar üçün nəzərdə tutulmuş “gəzən sursat”dır. Sistemlər ön cəbhə qüvvələrinə müstəqil olaraq mobil həssas hədəfləri dəqiqliklə müəyyən etməyə, izləməyə və hücum etməyə imkan verən PUA-dır. Döyüş başlığının növündən asılı olaraq sistem yüngül yük maşınları və canlı qüvvə hədəfləri kimi yüngül statik və ya hərəkətli hədəfləri, tankları, düşmənin hava hücumundan müdafiə sistemləri və digər texnikaları məhv edə bilər.

“Hero”nun unikal dizaynı PUA-lara minimum mülki şəxs itkisi ilə şəhər ərazilərində və ya uzaq yerlərdə dəqiq zərbələr endirməyə imkan verir.

PUA-ların bir növü olan “Hero-120” müasir döyüş sahəsinin kompleks tələblərinə cavab verən orta mənzilli, zireh əleyhinə silah sistemidir. “Hero-120” tanklar, zirehli maşın, beton istehkamlarını məhv etmək üçün nəzərdə tutulan, özünəməxsus aerodinamik quruluşa malik yüksək dəqiqlikli ağıllı “gəzən sursat” sistemidir. “Hero-120” qısa mənzilli sistemlərdən ən böyüyüdür. 4,5 kq döyüş başlığı daşıyır və 60 dəqiqəlik uzun uçuş müddətinə malikdir. Çəkisi 12,5 kq-dır və 40 km mənzilə malikdir.
Strategyvision.org

Teq: İsrail   Hero  


Oxşar məqalələr
Son əlavə olunanlar