Avstraliyanın ilk MQ-4C “Triton” PUA-sının istehsalı tamamlandı

Avstraliyanın ilk MQ-4C “Triton” PUA-sının istehsalı tamamlandı
1341     12:43     18 12 2021    
“Northrop Grumman” şirkəti Avstraliyanın ilk MQ-4C “Triton” Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalını tamamlayıb.

Yüksək əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə (HALE) malik PUA təhvil verildikdən sonra güclü faydalı yükü və dözümlülüyü ilə Avstraliya Hərbi Hava Qüvvələrinə (RAAF) əvvəllər aşkar edilməyən təhlükələri aşkar etmək və təhlil etmək imkanı verəcək.

Avstraliyanın ilk “Triton”u dünyanın ən kritik dəniz bölgələrindən bəziləri üzərində avtonom kəşfiyyat, müşahidə, nəzarət və hədəfləmə qabiliyyətini qorumağa şərait yaradacaq.

PUA-nın Taktiki-Texniki Xüsusiyyətləri
Ekipaj: 0 / Quruda 4 operator
Uzunluğu: 14.5 m
Qanadların eni: 39,9 m
Hündürlüyü: 4.6 m
Boş çəki: 6781 kq
Normal uçuş çəkisi: 14630 kq
Güc qurğusu: 1 × turboreaktiv Rolls-Royce AE 3007 mühərriki
Maksimum sürət: 610 km/saat
Kreeyser sürəti: 575 km/saat
Praktik məsafə: 15200 km
Əməliyyat hündürlüyü: 17.000 m
Uçuş müddəti: 30 saata qədər
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar