MQ-25 “Stingray” PUA-ları ilk dəfə aviadaşıyıcıya yerləşdirilib

MQ-25 “Stingray” PUA-ları ilk dəfə aviadaşıyıcıya yerləşdirilib
725     15:10     06 12 2021    
ABŞ-da istehsal edilən ilk tanker PUA-sı olan MQ-25 “Stingray” ilk dəfə sınaq üçün aviadaşıyıcıya yerləşdirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin aviasiya bölməsinin məlumatında “Boeing” şirkəti tərəfindən istehsal edilən PUA-nın “USS Corc Buş” aviadaşıyıcısında yerləşdirildiyi qeyd olunur.

MQ-25 “Stingray” ABŞ Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında “tanker PUA” layihəsi çərçivəsində “Boeing” tərəfindən dizayn edilmiş və hazırlanmış PUA-dır. “Boeing” F/A-18-də istifadə edilən bəzi hissələri bu platformada da istifadə edərək xərcləri azaltmağı və logistikanı asanlaşdırmağı hədəfləyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin radarda görünməyən tanker PUA-sı ilə kritik və riskli bölgələrdə hava elementlərinə yanacaq doldurma qabiliyyəti qazanacağını təxmin edə bilərik.

“Boeing” hazırda sifariş edilən yeddi MQ-25 sınaq PUA-sının ilk ikisini və iki yerüstü sınaq məhsulunu istehsal edib. Bundan əvvəl, “Boeing” şirkətinin Pentaqonla ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün ilk dörd insansız tanker təyyarəsinin istehsalı və çatdırılması üçün müqavilə imzaladığı bildirilmişdi. Müqavilə dəyəri 805 milyon dollardır. Sifariş üçün son tarix 2024-cü ildir.
Strategyvision.org

Teq: ABŞ   MQ-25  


Oxşar məqalələr
Son əlavə olunanlar