“Akıncı” zərbə PUA-ları vəzifə başında

 “Akıncı” zərbə PUA-ları vəzifə başında
1326     15:12     04 12 2021    
Türkiyənin Quru Qoşunları Komandanlığına təhvil verilən 3 “Akıncı” zərbə PUA-larının qəbul işləri tamamlandıqdan sonra fəaliyyətə başlayıb.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan “Akıncı”lar Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə ediləcək.

“Bayraktar TB2” PUA-larından əldə edilən təcrübə ilə “Baykar” şirkəti tərəfindən hazırlanan “Akıncı” zərbə PUA-ları qabaqcıl texniki imkanları sayəsində döyüş təyyarələrinin yerinə yetirdiyi bəzi tapşırıqları yerinə yetirə biləcək.

Unikal bükülmüş qanad quruluşu ilə “Akıncı” 20 metr qanad açılımına və çoxlu sursat stansiyasına sahib olacaq. PUA 40.000 fut yüksəklikdə 24 saat havada qala və 1350 kiloqram faydalı yük daşıya bilir.

"Akıncı" Elektron Dəstək modulundan, AESA (AFAR) radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə ediləcək AESA radarı isə ASELSAN tərəfindən istehsal edilir. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.

Taktiki-Texniki Xüsusiyyətləri

Bağlantı şəbəkəsi: LOSSATCOM
Radarları: AESA və SAR;
Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi: 4500kq;
Hündürlüyü: 4.1 metr.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar