İsraildən Mərakeşə “Harop” satışı

İsraildən Mərakeşə “Harop” satışı
1219     16:32     01 12 2021    
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti bu il Mərakeş ilə müqavilə əsasında 22 milyon dollar gəlir əldə edib.

İsrailin “Haaretz” nəşri öz mənbələrinə istinadən yazıb ki, İsrail bu ölkəyə “Harop” kamikadze PUA-ları satıb. Şirkət məlumatı şərh etməkdən imtina etməyib.

Ötən ay “Defence News” nəşri Mərakeşdəki mənbələrə əsaslanaraq İsrailin iki ölkə arasında normallaşma çərçivəsində bu ölkəyə PUA-lar satmaq niyyətində olduğu barədə xəbərlər dərc edib. “The Africa Intelligence” internet saytı sentyabr ayında İsrail və Mərakeşin kamikadze PUA-larının istehsalı üzrə birgə müəssisə qurmağı planlaşdırdığını bildirib.

“Harop” 2,5 metr uzunluğa, üç metr qanad açılımına malik olan kamikadze tipli PUA-dır. Bu hava vasitələrindən İsrail, Hindistan və Azərbaycan istifadə edir. Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı Azərbaycan bu PUA-lardan Ermənistan ordusunun məhv edilməsində istifadə edib.

“Harop” təxminən 20 kq partlayıcı daşıyır və 1000 kilometrə qədər uçuş məsafəsi ilə 7 saata qədər havada qala bilir.
Strategyvision.org

Teq: İsrail   Mərakeş  


Oxşar məqalələr
Son əlavə olunanlar