Onlar Süni Zəka “tacındakı daş-qaşlar”, yoxsa “qatil” robotlardır? - Avtonom Sistemlər
Avtonom silah sisteminin hamı tərəfindən qəbul edilmiş vahid tərifi yoxdur. Təklif olunan təriflərin səciyyəvi xüsusiyyəti avtonom silah sistemlərinin hədəflərinə insan müdaxiləsi olmadan qərar vermələridir.
Avtonom silah sistemləri aktivləşdirildikdən sonra insan operatorunun müdaxiləsi olmadan və ya müdaxiləsi olduqca az olmaqla hədəfləri avtomatik seçib onlara atəş açan sistemlərdir. Buraya işə salındıqdan sonra radarlar kimi radiasiya yayan qurğuları avtomatik aşkarlayıb məhv edən sistemlər, müəyyən ərazidə rabitəni pozmaq üçün özbaşına radioelektron müharibə aparan cihazlar və s. daxildir.
Avtonom sistemlərin hamısı insan nəzarətindən tam kənarda deyil. Nəzarət olunan avtonom sistemlər (supervised autonomous weapon system) və yarımavtonom (semi-autonomous) sistemlər bəzi məqamlarda insan müdaxiləsinə ehtiyac duyur.
Avtonom sistemlər həm hava, həm quru, həm də dənizdə istifadə edilir. Havada istifadə edilən avtonom sistemlər əsasən Pilotsuz Uçuş Aparatları (PUA) tipində olur. Bu gün bir çox şirkət yarımavtonom PUA-lar üzərində çalışır. Qarabağda baş verən müharibə zamanı istifadə edilən İsrail istehsalı “Harop” adlı PUA-ların da yarımavtonom olduğu bildirilir. Belə ki, bu PUA-lar Hava Hücumundan Müdafiə sistemlərinin radarlarının buraxdığı dalğaları aşkarlayaraq avtomatik onlara tərəf uçur və çırpılaraq onları məhv edir.
Dənizdə istifadə edilən avtonom sualtı platformalar operatordan hər hansı əmr tələb etmədən su altında avtonom şəkildə hərəkət edən robotdur. Bu platformalar ümumi olaraq (ifadə baxımından) insansız sualtı vasitələr kimi tanınan daha böyük sualtı sistem sinfinin tərkib hissəsidir. İnsansız sualtı vasitələrin hamısı avtonom deyil, onların əksəriyyəti operator-pilot tərəfindən uzaqdan idarəetmə vasitəsilə ilə idarə olunur.
Demək olar ki, hər ay avtonom silahlarla bağlı başqa bir yenilik hərbi xəbərlərin başlıqlarında müşahidə olunur - Çinin pulemyotlarla təchiz edilmiş avotonom “Blowfish” A3 pilotsuz helikopteri və ya Rusiyanın minaatan və qumbaraatanlarla silahlanmış “Marker” döyüş robotu və s. Çin tərəfi üçün avotonom silahların inkişafına qoyulan sərmayənin artması Amerikanın hərbi üstünlüyünü ələ keçirmək üçün davam edən səylərdən biridir. Çindəki demək olar ki, bütün irimiqyaslı süni zəka proqramları kütləvi dövlət dəstəyindən və çox böyük məlumat dəstəyindən faydalanır və onun avotonom silah proqramı Pekinin süni zəka “tacındakı daş-qaşdır”. Çinin ölümcül avotonom silahlara qoyduğu böyük sərmayə digər ölkələrdən üstündür və onun hərbi nəzəriyyəçiləri insan-maşın əməliyyatlarının futuristik “ağıllı” modellərini yaratmaqda dünyanın qalan hissəsini qabaqlayır.
Hal-hazırda bir çoxları tam avtonom silah sistemlərinin olmadığını iddia edir. Lakin tam avtonom sistem olmasa da, bunların hazırda inkişaf mərhələsində olduğunu qeyd etmək lazımdır. Beynəlxalq Qızıl Xaç Komitəsi bu gün insan müdaxiləsi olmadan işləyən sistemlərin olduğunu iddia edir. Bu silahların müəyyənedici xüsusiyyəti onların avtomatik müəyyənləşdirmə, seçmə və zərbə endirmə qabiliyyətidir.
Avtonom silah sistemlərinin hazırlanmasının qadağan edilməsi ilə bağlı məsələnin müzakirəsi son vaxtlar geniş vüsət alıb. Bir neçə il öncə dünyanın 26 ölkəsini təmsil edən 116 mütəxəssis BMT-yə müraciət edərək avtonom silah sistemlərinin işlənib hazırlanması və istifadəsinin qadağan olunmasını istəyib. Mütəxəssislər xəbərdarlıq edir ki, insanın iştirakı olmadan savaş apara biləcək robot texnologiyasının inkişafı üzrə ölkələrin mümkün yarışı dünya tarixində bu sahədə üçüncü inqilaba səbəb ola bilər (Birinci inqilab barıtın, ikinci inqilab isə nüvə silahının icad olunması sayılır). Yeni silah tipi terrorçular və diktatorlar tərəfindən dinc əhaliyə qarşı istifadə oluna bilər. Bundan başqa, hakerlərin də bu silah sistemlərinə müdaxilə edərək onlardan yolverilməz məqsədlər üçün istifadə etməsi mümkündür.
2020-ci ildə 28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxır. Bu silahlara qarşı ən çox çıxış edənlər İsveçdə (%76), Türkiyədə (%73) və Macarıstanda (%70) olub. Qatil – robotlara qarşı əhalinin 50-74 yaş arası (69%) olan hissəsi üstünlük təşkil edib. 63% qadınlar və 60% kişilər bu silah növlərinin yaradılmasının əleyhinə olublar. Rəyi soruşulanların 66% -i bu silahların “mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən” ən çox narahat olduqlarını bildiriblər.
Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir.
Müzakirələr avtonom sistemlərin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş verən ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.
“Information Technology and Innovation Foundation” analitik mərkəzinin vitse-prezidenti Deniel Kasto kimi şəxslərin fikrincə, silahın tətbiq edilməsi üçün müstəqil qərar qəbul edə bilən avtonom silah sistemlərinin hazırlanması barədə xəbərdarlıq edən kampaniyalar ümumilikdə avtonom sistemlərin hazırlanmasına mənfi təsir göstərə bilər. Avtonom robotlar XXI əsrin mühüm texnologiyalarından biri olacaq. Siyasi xadimlər belə sistemlərin hərbi sahə də daxil olmaqla üstünlüklərini müəyyən etməli, onların işlənməsi və tətbiqinə xidmət edən qanunlar qəbul etməlidirlər. Hərbi inkişaflara investisiyalar uzun müddətdir yeni texnologiyaların, o cümlədən robot texnikasının inkişafının katalizatoru rolunu oynayır.
Oxşar məqalələr
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Elektrik enerjisindən istifadə hər şeyi dəyişdi| İnsanabənzər robotların inkişafı
-
Türkiyədə robot itlər satışa çıxarılır – Onlar üzgüçülük tapşırıqlarını da yerinə yetirir?
-
Gələcəyin açarı – “Xenobot”lar| Özünü çoxalda və bərpa edə bilən robotlar dünyanı ələ keçirəcək?
-
Avtonom hərbi platformalar bazarı: 2020-2025
-
BƏƏ şirkətindən sürü PUA-ları təqdimatı - HUNTER-2
-
Fransa ordusu dənizin dibini araşdırmaq üçün avtonom platformalardan istifadə edəcək
-
Avtomatik etiketləmə: təbliğat cizgisi xaricində süni zəka üçün dərc
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı