Rusiyadan beynəlxalq müştərilərə 50 ədəd “Orlan-10E” tədarükü

Rusiyadan beynəlxalq müştərilərə 50 ədəd “Orlan-10E” tədarükü
855     14:27     26 11 2021    
Rusiyanın “Rosoboroneksport” şirkəti indiyədək beynəlxalq müştərilərə 50-dən çox “Orlan-10E” kəşfiyyat PUA-ları satıb.

Hazırda, “Orlan-10E”nin iki ehtimal edilən müştərisi Myanma və Qırğızıstandır.

Şirkətin rəhbəri Aleksandr Mixeyev bildirib ki, şirkət hazırda “Orion-E” kəşfiyyat və zərbə PUA-larının xaricə çatdırılması üzrə 10 müqavilə ilə danışıqlar aparır.

İyulda Mixeyev bəyan edib ki, Rusiya xaricə “Orion” PUA-larının tədarükü üçün təxminən 15 müraciət alıb. MAKS-2021 sərgisində 13 ölkədən nümayəndə heyətləri ilə “Orion”un ixrac tədarükü ilə bağlı danışıqlar aparılıb. “Orion”un tədarükü gələn il başlaya bilər.

"Orlan-10" PUA-larının Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 3.10 m;
Uzunluğu: 1.80 m;
Boş kütləsi: 12.50 kq;
Maksimum qalxma kütləsi: 18 kq;
Mühərrikin növü: daxili yanma;
Kreyser sürəti:100-150 km/saat;
Praktik uçuş məsafəsi: 600 km;
Fəaliyyət radiusu: 50-120 km;
Uçuş müddəti: 10-18 saat;
Praktik uçuş yüksəkliyi: 6000 m.
Strategyvision.org

Teq: Rusiya   Orlan  


Oxşar məqalələr
Son əlavə olunanlar