ABŞ 103 milyon dollar dəyərində MQ-1 “Grey Eagle” PUA-ları alacaq

ABŞ 103 milyon dollar dəyərində MQ-1 “Grey Eagle” PUA-ları alacaq
894     12:26     26 11 2021    
ABŞ Ordusu daha uzun müddət kəşfiyyat və yaxın hava dəstəyi verə bilən PUA sistemlərini inventarına alır. “General Atomics Aeronautical Systems” (GA-ASI) şirkəti ABŞ ordusunun ehtiyaclarına uyğun olaraq MQ-1 “Grey Eagle” PUA-larının tədarükü üçün müqavilə imzalayıb.

Noyabrın 18-də ABŞ hökuməti ilə şirkət arasında imzalanmış müqavilədə tədarük ediləcək PUA və müxtəlif alt sistemlərin məbləği 103 milyon 206 min ABŞ dolları dəyərindədir.

Şirkətin verdiyi məlumata görə, MQ-1 “Grey Eagle” sistemlərinin 2 versiyası mövcuddur. Bunlardan birincisi MQ-1C, ikincisi isə “Grey Eagle GE-ER”dir. İlk uçuşunu 2004-cü ilin oktyabrında edən MQ-1 bu gün də aktiv istifadədədir.

Xüsusilə kəşfiyyat, nəzarət, müşahidə və yaxın hava dəstəyi üçün hazırlanmış MQ-1C-nin qanad açılımı 17 metr, uzunluğu 9 metr, yanacaq tutumu 261 kq, maksimum uçuş çəkisi 1663 kq-dir. 165 at gücünə malik dizel aviasiya mühərriki ilə işləyir. Sursat kimi 4 “Hellfire” raketi MQ-1C-yə inteqrasiya oluna bilər. MQ-1C 25 saat uça bilir və maksimum 8800 m yüksəkliyə çata bilir.

“Gray Eagle GE-ER” MQ-1C-nin təkmil versiyası kimi hazırlanıb. İlk uçuşunu 2013-cü ilin iyul ayında həyata keçirib və bu gün ordu ehtiyatlarına daxil olmaq qabiliyyətinə çatıb. Konkret olaraq, sələfi kimi kəşfiyyat, müşahidə, hədəf aşkarlama və döyüş dəstəyinə malik GE-ER sistemini köhnə versiyadan fərqləndirən ən fərqli cəhət əlavə yanacaq tutumu və artan uçuş müddətidir.

Qanad açılımı 17 metr, uzunluğu 9 metr, yanacaq tutumu 408 kq, maksimum uçuş çəkisi 1905 kq və HFE-180 at gücündə mühərrikə malikdir. Sursat daşıma qabiliyyətinin köhnə modeldən heç bir fərqi yoxdur və 4 “Hellfire” raketi daşıya bilir. Performans baxımından o, 42 saat uça bilir və 8800 m yüksəkliyə çata bilir.
Strategyvision.org

Teq: ABŞ   Grey-Eagle  


Oxşar məqalələr
Son əlavə olunanlar