"Bayraktar" daha bir Afrika ölkəsinə ixrac edilir

1386     15:33     19 11 2021    
Prezident Rəcəb Tayyib Ərdoğan Niger prezidenti Məhəmməd Bazum ilə telefon danışığı aparıb.

Prezident Ərdoğan Nigerin Türkiyədən “Bayraktar TB2” zərbə PUA-ları, “Hürkuş” təlim təyyarələri və müxtəlif zirehli maşınlar alacağını bildirib. Prezident Ərdoğan satın alınacaq sistemlərin Niger ordusu və təhlükəsizlik qüvvələrinin imkanlarını artıracağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl PUA-ların istehsalçısı olan “Baykar” şirkəti sosial media hesabında ixrac müqaviləsi imzalandığı və “Bayraktar TB2”nin ixrac edildiyi ölkələrin sayının 13-ə yüksəldiyi açıqlayıb. Ölkənin adı açıqlanmasa da, Niger olma ehtimalının yüksək olduğu düşünülür.

Bir sutkadan artıq müddətdə havada qala bilən “Bayraktar TB2” zərbə PUA-ları Türkiyənin Suriyada Bəşər Əsədə sadiq ordunun şimal bölgələrinə hücumunun, Liviyada Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənən qiyamçı feldmarşal Xəlifə Həftərin Tripoliyə hücumunun qarşısının alınmasında böyük rol oynayıb. PUA-lar, həmçinin Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycan tərəfindən istifadə edilib və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.
Strategyvision.org

Teq: Bayraktar   Niger  


Oxşar məqalələr
Son əlavə olunanlar