BƏƏ şirkəti “Bayraktar TB2” zərbə PUA-larını kopyalayıb?

 BƏƏ şirkəti “Bayraktar TB2” zərbə PUA-larını kopyalayıb?
1661     11:13     18 11 2021    
Bir çox döyüş bölgələrində özünü doğrultmuş “Bayraktar TB2” PUA-sı dünyanın bir çox yerindən diqqət çəkməyi bacarıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də yeni inkişaf etdirdiyi PUA-da böyük ölçüdə “Bayraktar TB2”ni nümunə götürüb.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay aviaşousunda ölkənin bir çox yeni yaradılmış müdafiə şirkətləri öz məhsullarını təqdim edirlər. 2 il əvvəl qurulan “Edge Group” şirkəti BƏƏ-nin müdafiə sənayesində sıçrayış edən ən böyük şirkətlərdən biridir.

Şirkətin təqdim etdiyi “Reach-S” adlı taktiki PUA Türkiyə istehsalı sistemlərə bənzəyir. Hava vasitəsi MAM-L sursatlarına bənzəyən 4 ədəd “Desert Sting-16” adlı lazerlə idarə olunan bomba daşıya bilər. Texniki xüsusiyyətlərə görə PUA “Bayraktar TB2”nin ilk istehsal modellərinə çox yaxındır:

Uçuş çəkisi: 600 kq
Faydalı yük: 120 kq
Maksimum hündürlük: 19.000 feet
Uçuş müddəti: 24 saat
Uçuş məsafəsi: 200 kilomter
Qanad açılımı: 12 metr
Uzunluğu: 5.5 metr


“Reach-S” də “Rotax 912” mühərriki ilə idarə olunur. Bu mühərrik mülki mühərrik olduğundan və asanlıqla əldə oluna bildiyindən, İran da daxil olmaqla bir çox ölkə tərəfindən PUA-larda istifadə olunur.

“Reach-S” PUA-ları “Wescam “tərəfindən istehsal olunan MX-10D elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sisteminə malikdir.
Strategyvision.org

Teq: BƏƏ   Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar