Rusiya “Sirius” zərbə PUA-larının ilk prototipi sınaqlar hazırlaşır

Rusiya “Sirius” zərbə PUA-larının ilk prototipi sınaqlar hazırlaşır
540     14:27     18 11 2021    
Rusiyanın yeni “Sirius” zərbə PUA-larının sınaqları tezliklə başlayacaq.

PUA-nı hazırlayan “Kronştadt “şirkətinin baş direktoru Sergey Boqatikov Bildirib ki, ağır PUA-ların ilk prototipi artıq sınaq üçün hazırlanır.

“Sirius” zərbə PUA-ları Moskvadakı zavodda yığılır. Boqatikov bu layihənin digər təfərrüatlarını açıqlamayıb, PUA-ların qoşunlara nə vaxt gedəcəyi barədə hələlik məlumat yoxdur. Hava vasitələrinin tədarükü üçün dövlət müqaviləsi artıq imzalanıb.

“Sirius” peykdən idarəetmə xüsusiyyətinə malikdir və idarə olunan təyyarələrlə qarşılıqlı əlaqə imkanı var. Bundan əlavə, “Sirius” iki mühərriklə təchiz edilib, daha uzun məsafəyə və böyük yükə malikdir.

Uzun uçuş müddətinə, orta hündürlüyə malik (MALE) “Sirius”un Taktiki-Texniki Xüsusiyyətləri:

Qanad açılımı: 23 m
Uzunluğu: 9 m
Maksimal uçuş çəkisi: 2 - 2,5 ton (bunun 1 tonu yanacaqdır)
Faydalı yük: 450 kq
Uçuş hündürlüyü : 7 min metr
Kreyser sürəti: 180 km / saat.
Strategyvision.org

Teq: Rusiya   Sirius  


Oxşar məqalələr
Son əlavə olunanlar