ABŞ-da PUA ilə “gəzən sursat” inteqrasiyasının birgə sınaqları keçirildi - FOTO

ABŞ-da PUA ilə “gəzən sursat” inteqrasiyasının birgə sınaqları keçirildi - FOTO
2841     12:31     05 11 2021    
ABŞ-da yerləşən “AeroVironment” şirkəti “Switchblade 300” adlı kamikadze PUA-ları (“gəzən sursat”) ilə “Jump 20” PUA-larını birgə sınaqdan keçirib.

Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, sınaqlar zamanı “Jump 20” PUA-larından “Switchblade 300” “gəzən sursatları” buraxılıb.

“Switchblade 300” yüngül, dəqiq idarə olunan “gəzən sursat”dır. Dəqiq zərbə imkanlarına görə PUA-lar təsadüfi mülki itkilərin qarşısını alır. Uzaqdan idarə olunan və ya avtonom şəkildə uçan "Switchblade" məlumat toplama, hədəfləmə və ya obyektin tanınması üçün real vaxt rejimində GPS koordinatları və video təqdim edə bilər. Platformanın kiçik ölçüləri və səssiz elektrik mühərriki onu, hətta yaxın məsafədən də aşkar etməyi, tanımağı və izləməyi çətinləşdirir.

“Jump 20” şaquli qalxma və enmə qabiliyyətinə malik (VTOL), təkmil çoxsensorlu kəşfiyyat, müşahidə və nəzarət (ISR) missiyaları üçün istifadə edilən sabit qanadlı PUA-dır. 14 saat uçuş müddətinə malik PUA-nın mənzili 185 kilometrdir.

Strategyvision.org

Teq: Switchblade-300   Jump-20  


Oxşar məqalələr
Son əlavə olunanlar