“Bayraktar TB2”lərin ixrac edildiyi ölkələrin sayı 13-ə çatdı| Növbəti hansı ölkədir?

 “Bayraktar TB2”lərin ixrac edildiyi ölkələrin sayı 13-ə çatdı|  Növbəti hansı ölkədir?
559     12:42     28 10 2021    
Türkiyənin “Baykar Savunma” şirkəti daha bir ölkəyə “Bayraktar TB2” zərbə tipli PUA-ları satıb.

Şirkət rəsmi “Twitter” hesabında qeyd edib ki, bununla da PUA-ların tədarük edildiyi ölkələrin sayı 13-ə çatıb.

“Bayraktar TB2” PUA-larının son müştərisi Qırğızıstan olub. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev PUA-ların hazırda istehsal xəttində olduğunu qeyd edib.

PUA-ların hansı ölkəyə tədarük edilməsi barədə məlumat verilməyib. Dünən Türkiyəyə səfər etdiyi məlum olan xarici ölkələrin nümayəndələrinə nəzər salmaqla müəyyən ehtimallar irəli sürmək mümkündür.

27 oktyabr 2021-ci il Türkiyəyə səfər edən iki yüksək səviyyəli xarici rəsmi var. Bunlardan birincisi Çad Prezidenti Mahamat İdris Debi Itnodur. İtno gün ərzində prezident Ərdoğanla görüşüb və bir çox mövzuda danışıqlar aparıb.

“Çadla hərbi, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. Ümid edirəm ki, görüşlərimiz ölkələrimiz üçün faydalı olacaq”, - deyə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan bildirib.

Çad Prezidenti bildirib ki, sözügedən sazişlər müxtəlif sahələrə aiddir: “Hava nəqliyyatı, enerji, infrastruktur, müdafiə, təhlükəsizlik, elmi tədqiqatlar, təhsil, gənclər, idman, media və universitetlər arasında akademik əməkdaşlıq”.

Milli müdafiə naziri Hulusi Akar Çad keçid dövrü prezidenti ilə birgə Ankaraya gələn Çad Milli Müdafiə və Veteranların istefada olan mayoru Daud Yaya Brahim ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gün ərzində Türkiyəyə səfər edən digər yüksək rütbəli xarici rəsmi Serbiya baş nazirinin müavini və müdafiə naziri Neboyşa Stefanoviç olub.

Milli Müdafiə Naziri Hulusi Akar Stefanoviçi Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb. Nazir Akar Serbiyanın müdafiə naziri ilə görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsi apardıqlarını bildirib.

Serbiyanın “Bayraktar TB2” PUA-ları ilə yaxından maraqlandığı məlum bir həqiqətdir. Serbiya Prezidenti Vuçiç 2020-ci ilin oktyabrında verdiyi açıqlamada aşağıdakı ifadələrdən istifadə etdi: “Biz PUA sistemləri ilə çox maraqlanırıq. Gələcəkdə çox şey əldə edəcəyik. Türkiyə ilə razılığa gəlsək, alacağıq. Bunlar həqiqətən yaxşı PUA-lardır. Türk istehsalçıları tərifə layiqdir”.
Strategyvision.org

Teq: Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar