Türkiyə “Şimşek” hədəf PUA-sının kamikadze versiyasını hazırlayıb

 Türkiyə “Şimşek” hədəf PUA-sının kamikadze versiyasını hazırlayıb
672     15:40     25 10 2021    
Türkiyənin TUSAŞ şirkəti “Şimşek” hədəf üçün nəzərdə tutulan Pilotsuz Uçuş Aparatının (PUA) kamikadze versiyasını hazırlayıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “Şimşek” PUA-larının GPS ilə idarə olunduğu bildirib.

“Vurulmaqdan sıxılan “Şimşek” hədəf PUA-mız indi vurmağa qərar verib! “Şimşek” müstəqil idarə olunan və uzaq məsafələrdə hədəfləri vura bilən GPS-lə idarə olunan raketə çevrilib”, - deyə o qeyd edib.

Atış sınağı zamanı “Şimşek” katapult vasitəsilə buraxılıb. PUA bu yaxınlarda TUSAŞ şirkətinin “Anka” PUA-larına inteqrasiya edilmişdi.

“Şimşek” yüksək sürətə malik hədəf PUA-sı Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim ehtiyaclarını qarşılamaq üçün 2009-cu ildə TUSAŞ tərəfindən istehsal edilib.

Əsas Taktiki-Texniki Xüsusiyyətləri:

Uçuş müddəti: 45 dəqiqə
Maksimum sürət: 400 kts
Əməliyyat hündürlüyü: 1000ft (350m) və 15000ft (4500m) arasında
Mənzil: 50 km
Strategyvision.org

Teq: Türkiyə   Şimşək  


Oxşar məqalələr
Son əlavə olunanlar