Koreya və ABŞ şirkətləri birgə şaquli qalxa və enə bilən PUA-lar istehsal edəcək

Koreya və ABŞ şirkətləri birgə şaquli qalxa və enə bilən PUA-lar istehsal edəcək
959     13:48     23 10 2021    
Cənubi Koreyanın “Korean Air” və ABŞ-ın “Boeing”in törəmə şirkəti “Insitu” yeni yüngül, modul, şaquli qalxa və enə bilən Pilotsuz Uçuş Aparatının (PUA) inkişafı üçün anlaşma memorandumu imzalayıb.

İmzalanma mərasimi 19-23 oktyabr tarixlərində Seulda keçirilən Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisində (ADEX) həyata keçirilib.

“Korean Air” PUA-nın inkişafı və istehsalı sahəsində təcrübəsini “Insitu”nun ən müasir texnologiyası ilə birləşdirəcək.

Şirkətlər PUA texnologiyaları, o cümlədən yüksək performanslı missiya avadanlığı, sistemin optimallaşdırılması və insansız-insanlı platformaların birgə inkişafını həyata keçirəcək.

“Korean Air” ADEX 2021-də şaquli qalxa və enə bilən taktiki PUA platformalarını təqdim edib.
Strategyvision.org

Teq: Koreya   ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar