DARPA gələn ay sürü PUA-larının sınaqlarını keçirəcək

 DARPA gələn ay sürü PUA-larının sınaqlarını keçirəcək
347     15:14     22 10 2021    
ABŞ Müdafiə Nazirliyinin Pilotsuz Uçuş Aparatlarını (PUA) zərərsizləşdirmək üçün texnologiya axtardığı bir vaxtda onun Müasir Müdafiə Araşdırma Layihələri Agentliyi (DARPA) sürü halında işləyə bilən PUA-ların sınaqlarına hazırlaşır.

Sınaqlar “Northrop Grumman” və “Raytheon” şirkətləri ilə birlikdə keçiriləcək. Sınaqlar zamanı tək operator yüzlərlə PUA-nı eyni vaxtda idarə edəcək.

Agentliyin “Offensive Swarm-Enabled Tactics” (OFFSET) proqramı çərçivəsində “Northrop Grumman” və “Raytheon” şirkəti “sürü sistemi inteqratorları” olaraq fəaliyyət göstərib.Bu prosesdə şirkətlər interfeyslər və sürü taktikası mübadilələrini inkişaf etdirirlər.

Bu prosesə tək bir insanın yüzlərlə əməliyyatı həyata keçirməsini təmin etmək üçün kollektiv davranışlar, sürü alqoritmləri və mövcud sürü taktikaları tərtib edərək sürü dizaynına kömək edəcək vasitələr cəlb edilib.
Strategyvision.org

Teq: DARPA  


Oxşar məqalələr
Son əlavə olunanlar