ADEX: Cənubi Koreyadan ağır yük qaldıra bilən yeni hərbi PUA-lar

  ADEX:  Cənubi Koreyadan ağır yük qaldıra bilən yeni hərbi PUA-lar
269     14:12     21 10 2021    
Cənubi Koreyada keçirilən Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisində (ADEX) ölkənin “LIG Nex1” şirkəti yeni ağır yük qaldıra bilən hərbi təyinatlı Pilotsuz Uçuş Aparatlarını (PUA) təqdim edib.

KCD-200 adlanan PUA-lar logstika əməliyyatları üçün nəzərdə tutulub. PUA hidrogen yanacaq çəni texnologiyası ilə təchiz ediləcək. PUA-ların 200 kq-a qədər yükləri daşıya biləcəyi gözlənilir.

“LIG Nex1”in keçmişdə hidrogen yanacaqla işləyən PUA-ları inkişaf etdirməsi təcrübəsi var, ancaq ağır yük qaldıra bilən PUA-nın inkişafı şirkət üçün ilkdir.

2021-ci ilin may ayında Cənubi Koreya hökuməti 200 kq qaldırma qabiliyyətinə malik hidrogen yanacaqla işləyən yük daşıyan PUA hazırlaması üçün “LIG Nex1” şirkəti ilə müqavilə imzalayıb. PUA-lar, həmçinin avtonom rejimdə işləyə bilməlidir.

Seuldakı aviabazalardan birində başlayan və 19-24 oktyabr tarixlərində keçirilən Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisində (ADEX) yerli və bir çox xarici şirkətlər yeni nəsil döyüş təyyarələri, PUA və digər texnologiyasını nümayiş etdirir. Sərgidə 28 ölkədən ən azı 440 şirkət 79 növ təyyarə və 68 növ yerüstü texnikanı nümayiş etdirir. Şənbə gününə qədər davam edəcək tədbirə 45 ölkədən təxminən 300 hökumət, ordu və müdafiə satınalma rəsmisinin qatılacağı gözlənilir.
Strategyvision.org

Teq: Cənubi-Koreya   LIG-Nex1  


Oxşar məqalələr
Son əlavə olunanlar