İsrail və Cənubi Koreya “gəzən sursat”ların istehsalında əməkdaşlıq edəcək

İsrail və Cənubi Koreya “gəzən sursat”ların istehsalında əməkdaşlıq edəcək
973     12:05     21 10 2021    
İsrailin “Israel Aerospace Industries” (IAI) və Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkətləri “gəzən sursat”larla bağlı əməkdaşlığı genişləndirmək üçün müqavilə imzalayıb.

İsrail şirkətinin yaydığı məlumata görə, müqavilə düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə qarşı hücum missiyalarının effektivliyini artırmaq nəzərdə tutulan “gəzən sursat” proqramını əhatə edir.

Razılaşma 19-23 oktyabr tarixlərində Seulun cənubundakı Seonqnam aviabazasında keçirilən Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi (ADEX 2021) zamanı əldə edilib.

“Gəzən sursatlar” hədəfləri axtarmaq, müəyyən etmək, hücum etmək və məhv etmək üçün Pilotsuz Uçuş Aparatlarının (PUA) və raketlərin imkanlarını birləşdirir. Bunlar xüsusilə həssas və hərəkət edən hədəfləri məhv etmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, IAI şirkəti Azərbaycan ordusunun da istifadə etdiyi və düşmənin HHM sistemlərini məhv etmək üçün nəzərdə tutulan “Harop” “gəzən sursat”larını istehsal edir. Vətən müharibəsi zamanı bu PUA-lardan Ermənistan ordusunun HHM sistemlərini, o cümlədən S-300 Zenit-Raket Komplekslərini məhv etmək üçün istifadə edilib.
Strategyvision.org

Teq: İsrail   Cənubi-Koreya   Harop  


Oxşar məqalələr
Son əlavə olunanlar