Polşa ordusunda PUA dövrü: “Bayraktar TB2”, “ScanEagle” və digərləri

 Polşa ordusunda PUA dövrü:  “Bayraktar TB2”, “ScanEagle” və digərləri
1612     10:57     23 05 2022    
Polşada keçirilən kəşfiyyat və hücum sistemləri panelində ölkənin PUA satınalma layihələri haqqında dəyərli məlumatlar, fikirlər və fərziyyələr səsləndirilib.

Polşa ordusunun yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi paneldə ordu tərəfindən idarə olunan PUA-ların sayı və onlardan istifadə edən bölmələrin siyahısı açıqlanıb.

Polşa Silahlı Qüvvələri ümumilikdə 15 ədəd “Orbiter” mini PUA, 16 ədəd “FlyEye” mini PUA və 2 ədəd “Scan Eagle” qısa mənzilli PUA-dan istifadə edir.

Bunlardan başqa hələ də təhvil verilməyən və hətta yeni müqavilələrin olduğu bildirən paneldə qeyd olunan PUA-lar olduqca maraqlıdır.

Mini PUA-lar batalyon səviyyəsində kəşfiyyat dəstəyi və təhlükəsiz əməliyyatlar təmin etmək üçün istifadə ediləcək. 2023-2025 ci illər arasında 25 PUA alınması planlaşdırılır. Qısa mənzilli taktiki PUA-ların yüksək səviyyəli Quru Qoşunları briqadalarında da istifadəsi planlaşdırılır. Plana görə, 2022-2024-cü illərdə 8 sistem satın alınacaq.

Orta səviyyəli taktiki PUA-lar IMINT (foto kəşfiyyat) və ELINT (elektron kəşfiyyat) üçün istifadə ediləcək. Bunların tədarükünün 2026 və 2035-ci ildə baş verəcəyi planlaşdırılır, lakin miqdarı (13 dəst) nisbətən yüksək olacaq.

Əməliyyat səviyyəsində MALE sinfində olan PUA-ya da ehtiyac var. Bu sistemlər uzun müddət havada qala bildikləri üçün iqtisadi cəhətdən səmərəli hesab edilir. Bu sinifdəki 4 PUA sisteminin 2028-2034 -cü illərdə istifadəyə veriləcəyi bildirilir.

Bu yaxınlarda Türkiyə ilə Polşa arasında 4 ədəd “Bayraktar TB2” PUA dəstinin (24 PUA-dan ibarət) alınmasını əhatə edən müqavilə imzalanıb. Məlumata görə, “Bayraktar TB2” PUA-ları 2022-2024 -cü illərdə istifadəyə veriləcək. TB2-lər passiv kəşfiyyat və ya aktiv hücum həyata keçirə biləcəklər.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar