Cənubi Koreyada keçiriləcək sərgidə PUA-lar nümayiş olunacaq

Cənubi Koreyada keçiriləcək sərgidə PUA-lar nümayiş olunacaq
493     15:21     14 10 2021    
Cənubi Koreya müdafiə podratçılarının 19-24 oktyabr tarixlərində keçiriləcək Seul Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisində (ADEX) Pilotsuz Uçuş Aparatlarını (PUA) və digər insansız sistemləri ön plana çıxarmaları gözlənilir.

Seul Hava Limanında iki ildən bir keçirilən ADEX sərgisində Cənubi Koreyanın daxili müdafiə sənayesi şirkətləri, eləcə də ordunun özü müxtəlif texnologiyalar nümayiş etdirəcək.

“Korean Air Aerospace Division” (KAL-ASD) və “Korean Aerospace Industries” (KAI), habelə Cənubi Koreyanın Müdafiə İnkişafı Agentliyi (ADD) və xarici tərəfdaşların müxtəlif məhsullar nümayiş etdirməsi ehtimal edilir.

KAL-ASD şirkəti KUS-VH pilotsuz helikopterini, KUS-FT sabit qanadlı taktiki PUA-sını, KUS-FS adlı orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik (MALE) PUA-sını nümayiş etdirəcək.

KAI şirkətinin isə stels texnologiyaya sahib yeni zərbə PUA-sını təqdim edəcəyi ehtimal edilir.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar