Danimarka donanması üçün yüngül avtonom sualtı platformalar alınır

Danimarka donanması üçün yüngül avtonom sualtı platformalar alınır
1077     16:26     11 10 2021    
Danimarka hökuməti ölkənin minatəmizləmə agentliyi üçün yüngül avtonom sualtı platformalar alacaq.

LAUV adlanan platformalar Portuqaliyanın “OceanScan-Marine Systems & Technology” tərəfindən hazırlanıb. Platformaların alınması üçün ilkin çərçivə müqaviləsi imzalanıb.

Platfotmalar 2022-ci ilin birinci rübündə Danimarkaya tədarük ediləcək.

LAUV mina əleyhinə tədbirlər, sürətli ətraf mühitin qiymətləndirilməsi, sualtı gəmi əleyhinə döyüşlər, axtarış-xilasetmə əməliyyatları, liman nəzarət və təhlükəsizliyi və okeanoqrafik və hidroqrafik tədqiqat işləri üçün nəzərdə tutulub. Platformanın diametri 150 mm, uzunluğu 1.15 ilə 2.3 m arasında, konfiqurasiyadan asılı olaraq 15-35 kq ağırlığındadır. LAUV 100 m dərinliyə qədər müstəqil və ya şəbəkə əməliyyatları ilə işləyə bilər.
Strategyvision.org

Teq: Danimarka  


Oxşar məqalələr
Son əlavə olunanlar