Türkiyədən iki yeni kamikadze və hədəf PUA-sı: "Fedai" və "Cəngavər"

 Türkiyədən iki yeni kamikadze və hədəf PUA-sı:
1649     10:36     07 10 2021    
Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsak edilən “Fedai” adlı kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) nümayiş olunub.

PUA Ankarada keçirilən Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsində ictimaiyyətə təqdim edilib.

Şirkət rəsmiləri “Fedai”nin sınaqlarının davam etdiyini və 2021 ci ilin sonunda istifadəyə veriləcəyini bildirib. Bu kontekstdə, sistem döyüş başlığı daşımasına baxmayaraq, həm də tor buraxma xüsusiyyətinə malikdir.

1 saat havada qala bilən “Fedai”nin uçuş məsafəsi 40 km-dir. Qanad qatlama mexanizmi ilə təchiz edilmiş PUA xüsusi boru formalı buraxılış qurğusu ilə havaya buraxılır və görüntü tanıma başlığı ilə yüksək dəqiqlikli hücum qabiliyyətinə malikdir.

PUA-nın Taktiki-Texniki Xüsusiyyətləri

Maksimum sürət: 100 km/saat
Əməliyyat hündürlüyü: 500 metr
Uçuş məsafəsi: 40 km
Uçuş müddəti: 1 saat
Döyüş başlığı: 1,5 kq



Türkiyənin inkişaf etmiş aviasiya şirkətlərindən biri olan “Uavera” Zirvədə ölkənin Silahlı Qüvvələri üçün hazırladığı, istehsal etdiyi PUA sistemlərini sərgiləyib. Şirkət sərgidə ilk dəfə “Cəngavər” adlı reaktiv hədəf PUA-sını nümayiş etdirib.

PUA-lar Türkiyənin hazırladığı Hava Hücumundan Müdafiə (HHM) sistemlərini sınaqdan keçirmək üçün istifadə ediləcək.

Saniyədə 100 metr uçan “Cəngavər”in uçuş müddəti 45 dəqiqədir. Tam avtonom şəkildə istifadə edilə bilən PUA-nın xüsusi buraxılış qurğusu havaya qalxır və paraşütlə eniş həyata keçirir.

18 min futa qədər qalxa bilən PUA-nın maksimum qalxma çəkisi 35, faydalı yük daşıma qabiliyyəti 4 kiloqramdır. PUA-nın uçuş məsafəsi 80 kilometdir. Yüngül və sürətli sistemi ilə quraşdırılması cəmi 10 dəqiqə çəkir və yüzlərlə buraxılışda yüksək performans göstərə bilir.
Strategyvision.org

Teq: Türkiyə   Cəngavər  


Oxşar məqalələr
Son əlavə olunanlar