Sürü qabiliyyəti: DARPA bir operatorun eyni vaxtda 200 PUA-nı necə idarə edə biləcəyini yoxlayacaq

  Sürü qabiliyyəti:  DARPA bir operatorun eyni vaxtda 200 PUA-nı necə idarə edə biləcəyini yoxlayacaq
1445     11:32     05 10 2021    
ABŞ-ın Müasir Müdafiə Araşdırma Layihələri Agentliyi (DARPA) şəhər mühitində bir operatorun təxminən 200 Pilotsuz Uçuş Aparatından (PUA) ibarət bir sürünü necə idarə edə biləcəyini nümayiş etdirməyi planlaşdırır.

Tədbir Kentukki ştatının Fort Kembell şəhərində noyabr ayında keçiriləcək.

Sınağın əsas inteqratorlarından biri “Northrop Grumman” şirkətidir. Şirkət bir operatorun bir tablet vasitəsilə 200 platformanı idarə etməsinə imkan verən texnologiyanı sınamağa çalışacaq. Sınaqlarda iştirak edəcək digər əsas oyunçu “Raytheon Technologies” şirkətidir.

“Northrop” bildirir ki, əvvəlki tədbirlər zamanı şirkət bir operatorun 100-dən çox vasitəni idarə edə biləcəyini uğurla nümayiş etdirib.

DARPA "Squad X" proqramı çərçivəsində Süni Zəka (SZ) ilə işləyən sürü PUA-ları layihəsini icra edir. Proqramın əsas məqsədi sonradan qəbul üçün uyğun avadanlıqların real modellərinin yaradılması üçün SZ texnologiyalarını inkişaf etdirməkdir. Burada lazımi imkanlara və məhdud ölçülərə malik proqram və aparat sistemlərindən bəhs edilir, bu SZ imkanına malik kompüterlər yerüstü və hava platformalarında quraşdırılacaq.

SZ əsasında avadanlıqların "sürü"də fəaliyyəti üçün alqoritmləri də işləyib hazırlamaq vacibdir. Pilotsuz nəqliyyat vasitələri həm insanın əmri ilə, həm də avtonom şəkildə hərəkət etməli olacaq və bütün hallarda onlar vəziyyəti təhlil etmək və digərləri ilə birlikdə hərəkət etmək bacarığına ehtiyac duyacaqlar. Qruplarda çalışmaq qabiliyyəti canlı döyüşçülərlə ünsiyyət qurarkən daha faydalı olacaq.

Yeni texnologiyalar sayəsində Squad X "sürüsü"nün gələcək üzvləri geniş döyüş və köməkçi vəzifələri həll edə biləcəklər. Eyni zamanda, onlar həm insanın iştirakı ilə, həm də bölmənin ümumi döyüş effektivliyini artıran bir neçə xarakterik imkanlara sahib olacaqlar.
Strategyvision.org

Teq: Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar