Türkiyədə PUA-lar üçün hazırlanan CATS sistemlərinin yeni versiyası sınaqdan keçirilib

 Türkiyədə PUA-lar üçün hazırlanan CATS sistemlərinin yeni versiyası sınaqdan keçirilib
1633     11:34     02 10 2021    
Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən və Pilotsuz Uçuş Aparatları (PUA) üçün nəzərdə tutulan CATS elektro-optik sistemlərinin yeni konfiqurasiyası sınaqdan keçirilib.

Sınaqlar “Bayraktar TB2” zərbə PUA-larından həyata keçirilib. Testlər çərçivəsində həyata keçirilən atəş testlərində müvəffəqiyyət əldə edilib.

ROKETSAN və “Baykar” şirkətlərinin iştirakı ilə uzun mənzilli sınaqlar da həyata keçirilib və hər iki atışda dəqiq vuruş əldə edilib.

Məlumata görə, yeni CATS sistemləri köhnə konfiqurasiyadakı 7 kart əvəzinə tək kart dizaynına malikdir. Beləliklə, kartların yaratdığı istilik azalıb və infraqırmızı detektorun performansı yaxşılaşdırılıb. Həmçinin, artıq CATS ilə lazer işarələmə zamanı qeyd olunan hədəf aşkar edilə bilər.

ASELSAN indiyə qədər 13 ədəd CATS sistemi təhvil verib. Sistemlər ən azı iki ölkəyə “Bayraktar TB2” ilə birlikdə ixrac edilib. Hər ay 6 CATS istehsal etməyi hədəfləyən şirkət ilin sonuna qədər daha 3 sistem təqdim etməyi hədəfləyir.

Qeyd edək ki, Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra Kanada Türkiyə PUA-larından istifadə edilən elektro-optik sistemlərin ixracına qadağa qoyub və Türkiyə yerli sistemin istehsalını sürətləndirib. İstehsal edilən CATS-lar artıq “Bayraktar TB2” PUA-larına inteqrasiya edilib.
Strategyvision.org

Teq: ASELSAN   CATS   Türkiyə  


Oxşar məqalələr
Son əlavə olunanlar