Türkiyə şirkəti insansız platformaların inkişafı üçün Estoniya şirkəti ilə müqavilə imzalayıb

 Türkiyə şirkəti insansız platformaların inkişafı üçün Estoniya şirkəti ilə müqavilə imzalayıb
1844     10:40     01 10 2021    
Türkiyənin “Otokar” şirkəti insansız və uzaqdan idarə olunan quru platformalarının inkişafı üçün Estoniyanın “Milrem Robotics” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqavilə Londonda keçirilən DSEI müdafiə sənayesi sərgisində imzalanıb.

Müqavilə avtonom sistemlərin inkişaf üçün bilik və resurslar, hərbi maşınların insansız və robot əməliyyatları üçün tətbiqlərdə əməkdaşlıq edəcəklər.

Hər iki şirkətin mövcud məhsul ailələrini əhatə edəcək bu əməkdaşlıq sayəsində ağıllı funksiyalar, şifrələmə və təhlükəsizlik xüsusiyyətləri, ətraf mühitin fərqində olması və hibrid tətbiqlər ortaya çıxacaq.

Qeyd edək ki, Estoniya şirkəti Süni Zəka (SZ) texnologiyası ilə təmin edilən bir neçə hərbi robot istehsal edib. Şirkət Avropanın qabaqcıl robototexnika və avtonom sistemlərin inkişaf etdiricisi və sistem inteqratorudur. Şirkət “Type-X” robotik döyüş maşını və onu dəstəkləmək üçün nəzərdə tutulmuş “THeMIS” robotları istehsal edir.

“THeMIS” robotları gücün qorunmasını artıraraq qüvvələrə birbaşa atəş dəstəyi verir. Robot izləmə, maneələrin aşkarlanması kimi ağıllı funksiyalarla təchiz edilib.

"Otokar" Türkiyənin hərbi zirehli maşınlar istehsal edən şirkətidir. Məhsulları 5 qitədə 60-dan çox ölkədə fəaliyyət göstərən “Otokar” şirkətinin dövriyyəsi ilin ilk 6 ayında 1,9 milyard lirə, ixracatı 152 milton dollar olub. “Otokar” keçən il xüsusilə Afrika ölkələri ilə imzaladığı müqavilələrlə müdafiə sahəsində ön plana çıxıb. Şirkət Afrika bölgəsinə müxtəlif taktiki təkərli zirehli maşın ixrac etmək üçün müqavilələr bağlayıb.
Strategyvision.org

Teq: Türkiyə   Otokar  


Oxşar məqalələr
Son əlavə olunanlar