Türkiyədə minaatan sursatı daşıyan “Boyga”ların atəş sınaqları həyata keçirilib

 Türkiyədə minaatan sursatı daşıyan “Boyga”ların atəş sınaqları həyata keçirilib
3423     15:12     29 09 2021    
Türkiyənin STM və MKE şirkətləri tərəfindən inkişaf etdirilən “Boyga” adlı Pilotsuz Uçuş Aparatlarının (PUA) atəş sınaqları həyata keçirilib.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

O, 81 mm çaplı minaatan mərmisi buraxa bilən mini PUA-nın yeni funksiyaları ilə fərqli vəzifələr yerinə yetirə biləcəyini qeyd edib.

“Boyga” ilk dəfə İstanbulda keçirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-21) təqdim edilib. PUA-nın özü STM, sursatı MKE şirkəti tərəfindən hazırlanıb.

Sursatsız çəkisi 13.5 kiloqram olan PUA-nın maksimum uçuş çəkisi 15,6 kiloqramdır. Hava vasitəsi 1 ədəd minaatan mərmisi ilə birlikdə havada 35 dəqiqəlik uçuş həyata keçirə bilir. Maksimum uçuş hündürlüyü 1500 metr olan PUA-nın kreyser sürəti 20 m/s-dir.

“Boyga” HD 720P keyifiyyətinə və 10x optik böyütmə qabiliyyətinə malik kamera sisteminə malikdir. C Band məlumat bağlantısı vasitəsi ilə PUA 8 kilometr nəzarət məsafəsinə malikdir.



Taktiki-Texniki Xüsusiyyətləri

Ölçüləri (Rotordan rotora): 800x800x500 mm
Diaqonal uzunluğu: 1.150 mm
Platforma quruluşu: Kvadrakopter (4 Mühərrik)
Ağırlıq (döyüş sursatı olmadan): 13,5 kq
Maksimum qalxma ağırlığı: 15.6
Havada qalma vaxtı: 35 dəqiqə (1 ədəd 81 mm minaatan sursatı ilə)
Maksimum Uçuş hündürlüyü: 1500 m
Maksimum Kreyser Sürəti: 20 m/s
Maksimum Külək Sürəti Müqaviməti: 10 m/s
Görüntü Sisteminin Xüsusiyyətləri
Gimbal: 2 oxlu
Video keyfiyyəti: HD 720P
Optik yaxınlaşdırma: 10x

Rabitə sisteminin xüsusiyyətləri

Tezlik: C Bant
Kommunikasiya məsafəsi: 8 km
Təhlükəsizlik: AES-128


Yerüstü Nəzarət Stansiyasının Xüsusiyyətləri

Planşet: 10.1 düymlük sensor ekran
İşləmə müddəti: 2 saat
Strategyvision.org

Teq: Türkiyə   Boyga  


Oxşar məqalələr
Son əlavə olunanlar