Çin “Airshow China 2021”də hansı müasir stels PUA-larını nümayiş etdirib?

Çin “Airshow China 2021”də hansı müasir stels PUA-larını nümayiş etdirib?
1070     12:01     29 09 2021    
Çin “Airshow China 2021” aviaşousunda müasir stels (radara daha az görünən) texnologiyaya malik Pilotsuz Uçuş Aparatlarını (PUA) nümayiş etdirib.

Aviaşouda GJ-11, WZ-7 və WZ-8 adlı prototipləri təqdim edilib.

PUA-ların istehsalçısı olan Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) GJ-11-in güclü stels texnologiya, nüfuzetmə və dəqiq zərbə qabiliyyətinə malik inkişaf etmiş uçan qanad formasında olan zərbə PUA-sı olduğunu bildirib. Güclü radioelektron əks tədbirlərə baxmayaraq, PUA düşmən hədəflərinə hücum etmək, düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemlərini məhv etmək üçün istifadə olunur.


Çin aviaşou zamanı, həmçinin 20 saat uça bilən və saatda maksimum 700 kilometr sürətə çatan CH-6 zərbə PUA-larını da təqdim edib. Nəşrin məlumatına görə, PUA sualtı gəmilər əleyhinə missiyalar, dəniz patrulları, erkən xəbərdarlıq missiyaları və yaxın məsafəli hava dəstəyi missiyalarında istifadə oluna bilər.


Aviaşouda CH ailəsinin daha kiçik olan və daha böyük PUA-lardan atıla bilən CH-817 mini PUA-ları da nümayiş olunub. PUA təxminən 800 qram ağırlığındadır və təxminən 15 dəqiqə uçuş müddətinə malikdir.

WZ-7 tandem qanadlı aerodinamik konfiqurasiyadan istifadə edir, belə bir dizayn dünyada hava vasitələri üçün ilk dəfə istifadə olunur. Bu PUA-lar hər cür mühitdə istifadə edilib.


WZ-8 isə kəşfiyyat məqsədilə istifadə edilən PUA-dır. Yüksək əməliyyat hündürlüyünə və yüksək sürətə malik PUA düşmənin ağır müdafiəsi altında olan hədəflərin yüksək keyfiyyətli şəkillərini toplaya və döyüş hissələrinin qiymətləndirilməsi üçün bütün birliklərə dəyərli kəşfiyyat məlumatları verə bilər.
Strategyvision.org

Teq: Çin   Aviaşou  


Oxşar məqalələr
Son əlavə olunanlar