Rusiya bir neçə insansız sualtı platforma hazırlayır

Rusiya bir neçə insansız sualtı platforma hazırlayır
899     12:44     27 09 2021    
Rusiya Hərbi Dəniz Qüvvələri müxtəlif məqsədlər üçün bir neçə kiloqramdan 50 tona qədər bir neçə insansız sualtı platforma inkişaf etdirir.

“Klavesin”, “Vityaz”, “Surroqat”, “Amulet” və “Yunona” kimi platformalar artıq istismara verilib.


“Klavesin” sualtı platforması Rubin Dizayn Bürosu tərəfindən hazırlanıb. Platforma 2,5 ton ağırlığındadır, 6000 metrə qədər dərinliyə daxil ola və 120 saat avtonom işləyə bilir. Kəşfiyyat işləri və tədqiqat missiyaları üçün nəzərdə tutulmuş vasitə 2013-cü ildə modernləşdirilib və çəkisi 3.7 tona qədər artırılıb. Platformanın qəbul testləri Qara dənizdə aparılıb.


“Vityaz” 5,6 ton ağırlığındadır, 12 km qədər dərinliyə daxil ola və 18 saat avtonom işləyə bilir. Platformanın dizaynı Prospektiv Araşdırma Fondu (FPI) tərəfindən maliyyələşdirilib. Layihə 2017-ci ildə başlayıb və 3 il sonra Marian çökəkliyinin dəniz dibinə enəcək tam avtonom sualtı vasitənin prototipi istehsal edilib.


“Surroqat” dizel-elektrik və nüvə sualtı qayıqlarının akustik/elektromaqnit sahələrini təqlid etmək üçün modul dizayna malikdir. Güclü lityum-ion batareya platformanın 15-16 saat işləməsinə imkan verir.


“Amulet” platformaları 17.5 kq ağırlığındadır və 4 saat avtonom işləyə bilir. Bu vasitə əsasında hazırlanan “Amulet-2” vasitəsi 22 kq ağırlığındadır və 2 saat ərzində avtonom işləyə bilir, tədqiqat və müşahidə, dəniz dibi və hidrosfer məlumatlarının toplanması üçün bir sıra tapşırıqlarda istifadə oluna bilər.


“Yunona” sualtı vasitəsi 80 kq ağırlığında və 6 saatlıq avtonom işləyə bilər və ilk dəfə “Armiya 2015” sərgisində nümayiş etdirilib. Dəniz dibinin tədqiqatı, xilasetmə və mühafizə əməliyyatları üçün min metrə qədər dalma qabiliyyətinə malikdir.
Strategyvision.org

Teq: Rusiya   İnsansız-platformalar  


Oxşar məqalələr
Son əlavə olunanlar