İran ordusu robot bölmələri quracaq

İran ordusu robot bölmələri quracaq
776     14:39     23 09 2021    
İslam İnqilabı Keşikçiləri Korpusu quru müharibəsi üçün robot bölmələri qurmaq niyyətindədir.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, robotlar əsasən əldəqayırma partlayıcı maddələri və digər partlayıcı qurğuları zərərsizləşdirmək üçün istifadə oluncaq. Agentlik hansı robotların yerləşdiriləcəyi barədə məlumat verməyib.

Korpusun komandirinin əməliyyatlar üzrə müavini general Abbas Nilforuşan yeni robotların sərhədlərdə və digər həssas yerlərdə təhlükəsizliyi artıracağını bildirib.

Agentlik qeyd edib ki, robot bölmələrində yerli istehsal sistemlər istifadə oluncaq.
Strategyvision.org

Teq: İran   Robot  


Oxşar məqalələr
Son əlavə olunanlar