“Akıncı” PUA-larından “Sungur” raketləri atılacaq

“Akıncı” PUA-larından “Sungur” raketləri atılacaq
1444     11:32     22 09 2021    
Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) yeni raketlərlə təchiz ediəcək.

PUA-lara ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Sungur” raketləri inteqrasiya olunacaq.

Bildirilir ki, PUA-lara quraşdırılan “Sungur” raketləri “hava-hava” konfiqurasiyasında olacaq.

Hələlik “Akıncı” PUA-ları tərəfindən daşınan silahlar aşağıdakılardır: MAM-L, MAM-C, MAM-T, CİRİT, TEBER-81, HGK-82, KGK-82, GÖKDOĞAN, KGK-83, HGK-84 NEB, SOM- J, HGK- 84, LGK-82, BOZDOGAN, HGK-83, TEBER-82, SUNGUR, L-UMTAS və BOZOK.

"Akıncı" zərbə PUA-sı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulur. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür.

Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müdət) sinifinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir.

"Akıncı" Elektron Dəstək modulundan, AESA (AFAR) radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə ediləcək AESA radarı isə ASELSAN tərəfindən istehsal edilir. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.

Taktiki-Texniki Xüsusiyyətləri

Bağlantı şəbəkəsi: LOSSATCOM
Radarları: AESA və SAR;
Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi: 4500kq;
Hündürlüyü: 4.1 metr.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar