Türkiyənin ilk mini ölçülü insansız aviasiya platforması - “Bayraktar”

 Türkiyənin ilk mini ölçülü insansız aviasiya platforması -  “Bayraktar”
1008     14:22     21 09 2021    
“Bayraktar” mini ölçülü Pilotsuz Uçuş Aparatı (PUA) tamamilə orijinal və milli olaraq inkişaf etdirilmiş elektron, proqram və struktur komponentləri ilə Türkiyənin ilk mini ölçülü insansız aviasiya platformasıdır.

Araşdırma və inkişaf qrupunun ciddi işləri və cəhdləri ilə hazırlanan sistem bütün sınaqları uğurla keçərək ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilib. Xarici ölkələrdə istehsal edilən rəqibləri ilə müqayisədə bir çox inkişaf etmiş xüsusiyyətlərə malik olan mini PUA çətin coğrafi və meteoroloji şəraitdə belə istifadə edilə bilər.

Əsas uçuş performans meyarları:

- Modul dizayn
- Asan quraşdırılma xüsusiyyəti
- Karbon fiber, kompozit materiallardan istifadə edilib
- Zərbəyə davamlı amortizasiya edici gövdə quruluşu
- Orijinal paraşüt dizaynı
- Portativ çantada daşınabilən quruluş



İnkişaf etdirilmiş xüsusiyyətlər:

- Hədəfin avtomatik izlənilməsi
- Gövdə üzərinə eniş/avtomatik paraşüt enişi
- Yarımavtomatik uçuş
- Sərt və küləkli havalarda fırlanmaya nəzarət xüsusiyyəti
- Etibarlı rəqəmsal rabitə sistemi
- Rabitə kəsildikdə avtomatik evə dönüş və avtomatik enmə xüsusiyyəti
- Ağıllı batareya idarəetmə sistemi
- Yerüstü nəzarət stansiyasını dəyişdirə bilmə xüsusiyyəti


Yerüstü Nəzarət Stansiyasının xüsusiyyətləri:

- İşləmə temperaturu: -20 ° C - +60 ° C
- Daxili antena ilə: 10 km radioəlaqə mənzili
- OYAS sistemi ilə: 20 km rabitə mənzili
- Eyni zamanda 3 batareya doldurma qabiliyyəti
- Portativ plastik çanta quruluşu
- Ölçülər: 17 x 35 x 43 sm
- Çəkisi: 9,9 kq



Yerüstü Nəzarət Stansiyası

“Bayraktar” mini PUA-ları təhlükəsizlik qüvvələrinin istədiyi ən əhəmiyyətli xüsusiyyətlərə malikdir: asan quraşdırılma, hər cür hava şəraitində asanlıqla uçuş həyata keçirmi və missiyadan sonra təhlükəsiz şəkildə çətin ərazi şəraitində belə enmə qabiliyyəti. Stansiyadan vəzifələrin izlənilməsi və idarə edilməsi, gücləndirilmiş istehsal xüsusiyyətləri ilə hava şəraitindən təsirlənmədən quraşdırıla bilməsi və yüngül olması, onu digər PUA sistemlərinə məxsus yerüstü idarəetmə stansiyalarından fərqləndirən ən böyük xüsusiyyətlərdən biridir.

Türkiyə və Qətər orduları tərəfindən istifadə edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uçuş Mənzili: 55 km
Radioəlaqə mənzili: 15 km
Uçuş Sürəti: 60 km/saat
Əməliyyat yüksəkliyi: 1000 m
Maksimum əməliyyat hündürlüyü: 4000 ft.
Uçuş müddəti: 60-80 dəq
Enerji mənbəyi: Litium-batereya
Qanad açılımı: 2 m
İşləmə temperaturu: -20 C° , +55 C°
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar