Rusiya “Forpost-R” PUA-sını sınaqdan keçirib - VİDEO

 Rusiya “Forpost-R” PUA-sını sınaqdan keçirib -  VİDEO
246     12:01     15 09 2021    
Rusiya “Forpost-R” Pilotsuz Uçuş Aparatından (PUA) KAB-20 tipli döyüş sursatı ilə atəş açıb.

Sınaqlar Belarusla birgə keçirilən “Zapad-2021” hərbi təlimlərində keçirilib.

PUA-nın zirehli hədəfə zərbə endirməsi uğurla başa çatıb.

Yüngül zirehli maşınları zərərsizləşdirmək üçün hazırlanmış KAB-20 lazer başlığı daşıyır. 7130 millimetr diametrli döyüş sursatının ümumi çəkisi 21 kiloqramdır.

Təlimlər Rusiyanın Avropa hissəsinin bir neçə bölgəsində, həmçinin Belarusun beş təlim poliqonunda keçirilib. Sentyabrın 16-dək davam edəcək təlimdə Rusiya və Belarusdan təxminən 200 min hərbçi iştirak edir.

PUA-nın Taktiki-Texniki Xüsusiyyətləri:

Maksimum uçuş çəkisi: 500 kiloqram
Faydalı yük qabiliyyəti: 100 kiloqrama qədər
Kreyser sürəti: 120-180 km/saat
Maksimum uçuş müddəti: 10 saat
Əməliyyat hündürlüyü: 6 min metr



Strategyvision.org
Oxşar məqalələr
Son əlavə olunanlar