Cənubi Koreya PUA-lar üçün stels texnologiya inkişaf etdirir

Cənubi Koreya PUA-lar üçün stels texnologiya inkişaf etdirir
918     11:32     11 09 2021    
Cənubi Koreya Pilotsuz Uçuş Aparatları (PUA) üçün stels texnologiya (hava vasitəsinin radara görünməsini azaldan cihazlar) inkişaf etdirir.

Texnologiya PUA-nın radara görünmə sahəsini azaltmaq üçün istifadə ediləcək.

Yerli mətbuatın yazdığına görə, PUA-ların radara görünməsini azaltmaq üçün, polimer əsaslı materialdan da istifadə edilir.

Radara Görünmə Sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir.

May ayında Cənubi Koreyanın öz PUA-larını inkişaf etdirməyə başlaması barədə məlumatlar yayılıb.

Təxminən eyni vaxtda, Cənubi Koreya ordusu altı aylıq sınaq müddətindən sonra müşahidə və kəşfiyyat missiyaları üçün aşağı səs-küylü hidrogen yanacaqla təchiz edilən PUA-ların alınması barədə müqavilə imzalayıb. PUA Koreyanın "Doosan Mobility Innovation" firmasından alınacaq.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar