ABŞ donanması Yaxın Şərqdə insansız sistemlərdən ibarət qrup yaradır

 ABŞ donanması Yaxın Şərqdə insansız sistemlərdən ibarət qrup yaradır
985     12:03     09 09 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İranla gərginlik fonunda Yaxın Şərqdə PUA, insansız sualtı və suüstü platformalardan ibarət işçi qrupu yaradacaq.

Donanma rəsmiləri Fars körfəzində yerləşən Bəhreyndəki qərargahlarında hansı sistemləri yerləşdirəcəkləri barədə məlumat verməyib. Qərargahın ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının tabeliyində olacağı bildirilir.

HDQ önümüzdəki aylarda insansız sistemlərin həm qlobal enerji təchizatı, həm də dünya miqyasında gəmiçilik üçün vacib olan nöqtədə öz qabiliyyətlərini genişləndirəcəklərinə söz verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması bütün neftin 20 faizinin keçdiyi Fars Körfəzinin Hörmüz Boğazını ehtiva edir. Donanmanın əhatə dairəsi Qırmızı dənizin şimal ucuna, Süveyş kanalına, Yaxın Şərqi Aralıq dənizinə bağlayan Misirdəki su yoluna və Yəmən yaxınlığındakı Bab əl-Mandəb boğazına qədər davam edir. Donanma tərəfindən istifadə ediləcək sistemlərə ultra dözümlü havadan müşahidə PUA-ları, “Sea Hawk” və “Sea Hunter” insansız suüstü vasitələri və torpedolara bənzəyən daha kiçik sualtı insansız platforma daxildir.

Donanma eyni zamanda son illərdə bir sıra dəniz hücumlarının qeydə alındığı bölgəni təmsil edir. Birləşmiş Ərəb Əmirlikləri və Hörmüz boğazının yaxınlığında neft tankerləri İranın dəstəklədiyi qüvvələr tərəfindən ələ keçirilib. Qərb firmalarına məxsus tankerlərdən tutmuş İsrailə aid olan gəmilərə qədər bir çox dəniz platformaları İranda istehsal edilən PUA-larla vurulub. Bu hücumlar, sabiq prezident Donald Trampın 2018-ci ildə İranın dünya gücləri ilə nüvə anlaşmasından birtərəfli qaydada çıxması qərarından sonra bütün bölgə üzrə baş verən daha geniş kölgə müharibəsinin bir hissəsinə çevrilib.
Strategyvision.org

Teq: ABŞ   Yaxın-şərq  


Oxşar məqalələr
Son əlavə olunanlar