Qarabağdan çıxarılan dərslər: Hindistan Ordusu 100 ədəd “SkyStriker” kamikadze PUA-sı sifariş verib

  Qarabağdan çıxarılan dərslər:   Hindistan Ordusu 100 ədəd “SkyStriker” kamikadze PUA-sı sifariş verib
3164     11:25     06 09 2021    
Hindistan Ordusu 100-ə yaxın İsrail istehsalı “SkyStriker” kamikadze PUA-ları və ya digər adı ilə “gəzən sursatları” sifariş verib.

PUA-lar Benqalurda yerləşən “Alpha Design” və İsrailin “Elbit Systems” şirkətlərinin birgə yaratdığı ortaq müəssisə tərəfindən təmin ediləcək.

Məlumata görə, PUA-ların alınması üçün imzalanan müqavilənin ümumi dəyəri 13.7 milyon dollardır.

İlk dəfə 2017-ci ildə Parisdəki Le Burje aviasalonunda nümayiş etdirilən “SkyStriker” müxtəlif hədəfləri aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur, həmçinin uzaqdan idarə olunan elektro-optik tuşlamaya malik “gəzən sursat” əməliyyat sisteminə malikdir. Yeni platforma “Elbit Systems” şirkətinin həssas və üzunmüddətli taktiki həllərini təmin edən geniş təcrübəsinə əsaslanır.

Qarabağ müharibəsinin ikinci mərhələsində də istifadə edilən bu PUA-ların elektrik mühərriki aşağı akustik siqnala malikdir və aşağı hündürlükdə əməliyyatların gizliliyini təmin edir.

PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib. 5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan aparatın çəkisi 35 kq-dir. Kamikadze tipli “SkyStriker” PUA-ları 2 saat havada qalaraq 185 km/saat sürətlə hərəkət edir, bu isə 6 dəqiqə ərzində 20 kilometr məsafə qət etmək deməkdir. 5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan aparatın çəkisi 35 kq-dir.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar