Türkiyə ordusuna neçə “Akıncı” tədarük edilib?

 Türkiyə ordusuna neçə “Akıncı” tədarük edilib?
1369     10:56     31 08 2021    
Xəbər verdiyimiz kimi, bazar günü Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı” zərbə PUA-ları ölkənin silahlı qüvvələrinə təhvil verilib.

Mərasimdə neçə PUA-nın tədarük edilməsi barədə məlumat verilməyib.

Həm Türkiyə Silahlı Qüvvələri, həm də digər təhlükəsizlik qüvvələri tərəfindən istifadə ediləcək “Akıncı”ların təqdimat mərasimində 6 ədəd PUA görülüb. Bunlardan ikisi protorip, qalan 4-ü kütləvi istehsal prosesi zamanı əldə edilib.

Mərasimin keçirildiyi salonun xaricində 4, daxilində 2 PUA olub. Xaricdəkilər silahsız olub. Salonun daxilində görürnən PUA-lardan birində TÜBİTAK-SAGE və ROKETSAN tərəfindən hazırlanan “Som” qanadlı raketləri olub. Digərində isə TÜBİTAK SAGE tərəfindən yerli olaraq hazırlanmış nüfuzedici bomba görünüb.

Qeyd etmək lazımdır ki, istehsal olunan prototiplər təhlükəsizlik qüvvələrinə çatdırılmır. Ehtimal etmək olar ki, Türkiyə ordusuna ilkin mərhələdə 4 PUA təhvil verilib.

“Baykar” şirkətinin rəsmisi Selçuk Bayraktar mərasimdən sonra jurnalistlərin suallarını cavablandırarkən kütləvi istehsal zamanı 9 PUA-nın istehsal edildiyini bildirib. O, ayda 1 və ya 2 “Akıncı” istehsal edildiyini bildirərək prosesi sürətləndirməyə çalışdığını vurğulayıb.

Akıncı" zərbə PUA-sı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulur. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür.

Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müdət) sinifinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir.

"Akıncı" Elektron Dəstək modulundan, AESA (AFAR) radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə ediləcək AESA radarı isə ASELSAN tərəfindən istehsal edilir. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.

Taktiki-Texniki Xüsusiyyətləri

Bağlantı şəbəkəsi: LOSSATCOM
Radarları: AESA və SAR;
Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi: 4500kq;
Hündürlüyü: 4.1 metr.
Strategyvision.org

Teq: Türkiyə   Akıncı  


Oxşar məqalələr
Son əlavə olunanlar