Türkiyə “Anka”/“Akıncı”, ABŞ “Skyborg”, Rusiya “Kub” PUA-ları ilə gündəmdədir
Müqavilə konkret olaraq “Anka” PUA-larının inkişafını təmin edəcək. Müqavilə çərçivəsində ölkələr “Anka”ya məxsus komponentləri birgə istehsal edəcək və inkişaf etdirəcək.
“Hər iki ölkənin qazancı üçün tarixi qardaşlığımızı davam etdirməyimiz çox vacibdir. Ötən illərdə həyata keçirilən insan resursları əməkdaşlığını bu müqavilədə də həyata keçirəcəyik”, - deyə TUSAŞ-ın rəhbəri Temel Kotil bildirib.
Türkiyənin “Baykar Savunma” şirkəti istehsal etdiyi “Akıncı” zərbə PUA-larını isə bu ay ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verəcək.
Şirkətin rəsmisi Selçuk PUA-nın ilk uçuşunu 2019-cu ilin dekabr ayında etdiyini bildirib.
“O vaxtdan bəri həm prototipləri, həm də təhvil verilmək üzrə olan kütləvi istehsal PUA-ları hazırladıq. Hazırda 9-cu PUA-nın istehsalı davam edir”, - deyə o qeyd edib.
“Akıncı”PUA-sı daha üstün texniki xüsusiyyətlərə malikdir. Yeni PUA-da Süni Zəkaya əsaslanan texnologiya tətbiq edilir. Onun köməyi ilə aparat avtomatik qalxma və enməni reallaşdırır, uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını həyata keçirir.
Digər məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri “Skyborg” layihəsi çərçivəsində PUA-ların inkişaf etdirilməsi üçün “Kratos” və “General Atomics” şirkətlərinə daha 20 milyon dollar vəsait ayırıb.
Vəsaitin 13,2 milyon dolları “Kratos” şirkətinin XQ-58A PUA-ları, 7 milyon dolları isə “General Atomics” şirkətinin MQ-20 “Avenger” PUA-ları üçün veriləcək.
Qeyd edək ki, “Skyborg” döyüş təyyarələrini müşayiət etmək üçün zərbə tipli Pilotsuz Uçuş Aparatının inkişafını nəzərdə tutan ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərlik etdiyi layihədir.
2020-ci ildə ABŞ ordusu layihədə iştirak etmələri üçün “Boeing”, “General Atomics”, “Kratos” və “Northrop Grumman” şirkətləri ilə müqavilələr imzalayıb. 29 sentyabr 2020-ci ildə ABŞ Hava Qüvvələri “Skyborg” prototipi üzərində işləmək üçün doqquz şirkətlə (AeroVirasion, Autonodyne LLC, BAE Systems, Blue Force Technologies, Fregata Systems LLC, Lockheed Martin, NextGen Aeronautic, Sierra Technical Services və Wichita State University) müqavilə bağlayıb. 21 dekabr 2020-ci ildə Kaliforniyanın Konkord şəhərində yerləşən “Voly Defence Solutions LLC” şirkəti də layihəyə əlavə edilib.
Rusiyanın “Kalaşnikov” konserninin bir hissəsi olan “ZALA Aero” şirkəti isə “Kub” kamikadze PUA-larının dəniz versiyasını hazırlayır.
Məlumata görə, PUA-lar sürətli katerlərdə, desant gəmilərində, xüsusi təyinatlı gəmilərdə istifadə edilə biləcək.
“ZALA Aero” PUA və mobil komplekslər istehsal edən Rusiyanın aparıcı istehsalçılarından biridir. 2015-ci ilin yanvar ayından etibarən şirkət “Kalaşnikov” şirkətlər qrupuna daxildir. Şirkətin əsas məhsulları PUA və aviasiya monitorinqi üçün proqram həlləridir.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Trump 2.0| Texnologiya nəhəngləri ilə yeni dövr nələr vəd edir? "/>Trump 2.0| Texnologiya nəhəngləri ilə yeni dövr nələr vəd edir?
-
ARKTİKA "/>Soyuq Müharibənin İstiləşən Cəbhəsi: ARKTİKA
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?