“Gölge Süvari” IDEF 2021-də silahlı A-İKA konsepsiyası ilə nümayiş olundu

  “Gölge Süvari” IDEF 2021-də silahlı A-İKA konsepsiyası ilə nümayiş olundu
846     14:29     20 08 2021    
FNSS şirkəti tərəfindən hazırlanan “Gölge Süvari” yüksək mobilliyi və çətin şərtlərə uyğun effektiv təsirli gücü ilə fərqli missiyalara hazırdır.

FNSS şirkəti iki il əvvəl təqdim etdiyi “Gölge Süvari” ilə bugünkü və gələcək döyüş bölgələrində ağır sinif insansız quru platformalarının (İQP) istifadəsi ilə bağlı işlərini davam etdirir. “Gölge Süvari” avtonom imkanlarına əlavə olaraq silahlı konsepsiyası ilə IDEF 2021-də sərgilənir.

FNSS robototexnika və avtonom sistemlər sahəsindəki mövcud texnologiyaları yaxından təqib edərək öz mənbələri ilə yaxın gələcəkdəki əməliyyat anlayışlarına ən uyğun olan avtonom tələblərə uyğun olaraq hazırlanmış ağır sinif İQP prototipini hazırlayır. Prototip FNSS-in ağır sinif insansız quru platformaları dizayn konsepsiyasını avtonom və uzaqdan idarəetmə qabiliyyətləri ilə birlikdə nümayiş etdirir, həm insansız quru nəqliyyat vasitələri, həm də əməliyyat konsepsiyalarına qatqı təmin edəcək avtonom qabiliyyətlər təqdim edir.

İstifadəçi təhlükəsizliyinin ön planda olduğu “Gölge Süvari”nin Süni Zəka (SZ) ilə dəstəklənən avtonom dəsti qərar dəstək sistemləri, sensor dəstləri və situativ maarifləndirmə sistemləri sayəsində istifadəçinin faydalı yükünü yüngülləşdirilir, istifadəçiyə riskli işlərdə üstünlük təmin etməyi hədəfləyir.


Yaşayış bölgəsi kamuflyajı ilə fərqlənən vasitə texniki və proqram təminatında texnoloji inkişafların sürətli uyğunlaşmasını təmin etmək üçün açıq arxitekturada hazırlanıb. Uzaqdan idarə oluna bilən və avtonom hərəkət qabiliyyətinə malik olan nəqliyyat vasitəsinin vəzifəyə uyğun faydalı yüklərlə istifadə edilməsi hədəflənir. İnsan-maşın qarşılıqlı təsirinin yüksək olduğu nəqliyyat vasitəsi kəşfiyyat, logistika, təchizat və istehkam missiyaları üçün istifadə edilə bilər. Patrul, izləmə və bazaya qayıtma kimi avtonom qabiliyyətlərlə dəstək verərək sahədəki dost ünsürlərin missiyasını və əməliyyat qabiliyyətini artırmaq məqsədi daşıyır.

IDEF-2021 sərgisi çərçivəsində nümayiş olunan “Gölge Süvari” FNSS tərəfindən hazırlanmış avtonom sistemlərlə təchiz edilib. Platformanın avtonom sistemlərini . inkişaf etdirmək üçün Avtonom Proqram İnkişaf etdirmə Simulyatoru yaradılıb. Simulyator əsasən aşağıdakı xüsusiyyətlərə malikdir və müxtəlif ssenarilər üçün avtonom qabiliyyətlər nümayiş etdirəcəkdir.



- Üç ölçülü virtual mühitdə yaradılan real əməliyyat ssenariləri,
- Vasitəni uzaqdan idarəetmə sistemi ilə idarə etmək,
- İnsan aşkarlama və izləmə qabiliyyəti,
- Sürücü yardım sistemi alqoritmlərinin sınaqdan keçirilməsi
- Sensor birləşməsi, yerləşdirmə, aşkarlama, maşın öyrənmə, fərqli şərtlərdə qərar vermə kimi avtonom alqoritmlərinin hazırlanması və sınanması üçün infrastruktur,
- Verilən tapşırıqlara riayət edərək maneəli və maneəsiz mühitdə davranışı izləmək,
- Platformanın rabitə məhdudiyyətlərində evə qayıtma və patrul alqoritmlərinin onlayn nümayişi.

Yeni konfiqurasiyanın atəş gücü FNSS tərəfindən xüsusi olaraq layihələndirilmiş 25 mm avtomatik top quraşdırılan yeni nəsil uzaqdan idarə olunan qüllə ilə təmin edilir.
Strategyvision.org

Teq: Türkiyə   IDEF  


Oxşar məqalələr
Son əlavə olunanlar