IDEF-21-də zərbə PUA-ları üçün “KGK-SİHA-82” sursatı təqdim edilib

 IDEF-21-də zərbə PUA-ları üçün “KGK-SİHA-82” sursatı təqdim edilib
1674     15:20     20 08 2021    
İstanbulda keçirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində TÜBİTAK SAGE tərəfindən hazırlanan və son aylarda sınaqdan keçirilən zərbə PUA-ları üçün nəzərdə tutulmuş “KGK-SİHA-82” sursatı təqdim edilib.

Zərbə PUA-larında istifadə üçün optimallaşdırılmış və idarəolunan lazer başlığı olan (ilk atəş sınağında yox idi) “KGK-SİHA-82” sursatı TUSAŞ şirkətinin “Aksungur” PUA-ları ilə son aylarda reallaşdırılan atış testlərində 30 km məsafədən hədəfi vurub.

Lazerlə idarəolunan başlığının əlavə edilməsi sayəsində “KGK-SİHA-82” sursatı hədəfini daha yüksək dəqiqliklə vura biləcək. Son zamanlarda sürətlə yayılmağa başlayan “Gördüyünü vur” konsepsiyası üçün lazerlə idarəolunan döyüş başlığı qənaətcil variant hesab edilə bilər.

Ssenari üzərindən nümunə versək, quruda döyüşən qoşunları dəstəkləməli olan “Aksungur” PUA-nın buraxdığı “KGK-SİHA-82” sursatı lazerlə işarələmə, istənilən quru və ya hava ünsürü vasitəsi ilə lazımi dəqiqlik dərəcəsi ilə hədəfinə çata biləcək.

“Akıncı və “Aksugur” PUA-ları “KGK-SİHA-82” sursatı ilə 55 km məsafədən hədəfi vuracaq.

TÜBİTAK SAGE tərəfindən zərbə PUA-ları üçün “KGK-82” sursatı əsasında xüsusi olaraq hazırlanmış “KGK-SİHA-82” sursatı ilə 55 km məsafədəki hədəflər yüksək dəqiqliklə vurula bilər. “Aksungur” zərbə PUA-sında daşınan iki ədəd “KGK-SİHA-82” sursatının ümumi çəkisi təxminən 700 kq-dır. “KGK-SİHA-82” sursatı inteqrasiya olunmuş INS/GPS ilə dəqiq zərbə qabiliyyətinə malikdir.
Strategyvision.org

Teq: IDEF   KGK  


Oxşar məqalələr
Son əlavə olunanlar