Türkiyənin ilk pilotsuz helikopteri nümayiş olundu- ALPiN

 Türkiyənin ilk pilotsuz helikopteri nümayiş olundu-  ALPiN
1900     14:06     18 08 2021    
Türkiyənin “Titra” şirkəti İstanbul şəhərində keçirilən IDEF-2021 müdafiə sənayesi sərgisində “ALPiN” adlı pilotsuz helikopterini nümayiş etdirib.

Şirkət helikopterin avtonom uçuş həyata keçirə bildiyini vurğulayır.

“ALPiN” insan itkisi riski olmadan yüksək riskli münaqişə mühitlərinə daxil olma qabiliyyəti ilə fərqlənir.

Əvvələr 2 insan daşıya bilən helikopterin idarəetmə mexanizmləri və interfeysləri dəyişdirilərək avtomatlaşdırılıb, inkişaf etmiş avtopilot sistemi ilə təmin edilib.

Şirkət bildirir ki, tək bir toxunuşla şaquli enmə/qalxma qabiliyyətinə malik, təyin olunmuş vəzifələri tam avtonom yerinə yetirə bilən və 160 kq yük daşıya bilən “ALPiN” Türkiyədə ilk pilotsuz helikopteridir.

Pilotsuz helikopterin bir sıra xüsusiyyətləri:

- İstifadəçi dostu interfeysi ilə istifadə rahatlığı
- Sürət, yüksəklik kimi uçuş xüsusiyyətlərini təyin etmək imkanı.
- Havadan lazerlə işarələmə;
- İnfraqırmızı kamera ilə gündüz və gecə görüntüləmə;
- Elektro-optik və infraqırmızı kameralarla çəkilən şəkillərin yerüstü idarəetmə stansiyasına şifrəli şəkildə ötürülmə;
- Şifrəli məlumat ötürmə infrastrukturu;
- Modul avionik arxitektura ilə əlavə sistemlərin asan inteqrasiyası;
- Mühhərik nasazlığı olarsa təcili enmə.


Şirkət bildirir ki, “ALPiN” hərbi sahədə təhlükəsizliyi təmin etmək üçün uzaq məsafədən avtonom hədəfləri aşkar edə, tanıya və izləyə bilər.
Strategyvision.org

Teq: Türkiyə   ALPiN  


Oxşar məqalələr
Son əlavə olunanlar