Buludaltı sinfinə məxsus PUA dövrünə yeni təkan: “Çağatay”lar IDEF-2021-də nümayiş olunur
“Uavera” şaquli qalxa və enə bilən buludaltı və hədəf PUA sistemləri ilə Türkiyədə bazar lideri olmağı hədəfləyir.
17-20 avqust tarixlərini əhatə edən Beynəlxalq Müdafiə Sənayesi sərgisi Prezident aparatı və Milli Müdafiə nazirliyinin himayəsində İstanbul “Tüyap” sərgi və konqres mərkəzində fəaliyyətinə başlayıb.
“Uavera” sərgidə milli vasitələrlə dizayn edilmiş ən son texnologiyalı “Çağatay” PUA-larını nümayiş etdirir.
Yerli və milli PUA və uçuş idarəetmə sistemlərini inkişaf etdirmək məqsədi ilə yola çıxan “Uavera”nın “Çağatay” PUA-ları öz sinfində fərqli xüsusiyyətləri ilə önə çıxır. Uçuş zolağına ehtiyac olmadan şaquli olaraq havaya qalxa bilən bu PUA-lar daha sonra benzin mühərrikini işə salaraq vəzifələrini yerinə yetirə bilir. Yerli proqramlar və idarəedicilərlə təchiz edilmiş PUA-lar çətin hava şəraitində tam avtonom olaraq vəzifəsini yerinə yetirə bilir.
Buludaltı PUA (BPUA) sinifində yer alan “Çağatay” 6 saata qədər havada qalma müddəti və 150 kilometrə qədər olan əlaqə məsafəsi ilə sinfində liderdir. “Çağatay” 2021-ci ildə əlavə etdiyi peyk idarəetmə, toqquşma əleyhinə və sürü qabiliyyətləri sayəsində bu liderliyini gücləndirir. PUA-lar sadəcə 3 personal tərəfindən asanlıqla istifadəyə hazır vəziyyətə gətirilə bilməsi və uçuş zolağına ehtiyac olmadan hər hansı bir yerdən havaya qalxa bilməsi sayəsində istifadə rahatlığı üstünlüyünə malikdir.
Hal-hazırda, ayda 3 sistem və 6 PUA ilə alt komponentlərini istehsal etmək gücünə malik olan “Uavera” mülki istifadəyə yönəlik məhsul və xidmətlər təqdim etmək üçün SHGM şirkəti ilə ilə əməkdaşlıq edir.
“Çağatay” HAVELSAN mühəndisləri tərəfindən istehsal edilən “Operativ Məlumat İdarəçiliyi və İnteqrasiya” sistemi “Harbiye”yə inteqrasiya ediləcək.
“Harbiye” döyüş sahəsindəki məlumatların sürətli və dəqiq şəkildə paylaşılmasında, vəziyyətin fərqində olmasında, əməliyyat portreti yaratmasında kritik qərarvermə prosesini asanlaşdıracaq fəaliyyətlərin uyğun şəkildə həyata keçirilməsində istifadə olunur.
HAVELSAN və “Uavera” ekipajlarının birlikdə həyata keçirdikləri layihə sayəsində “Çağatay” PUA-sı HAVELSAN-ın sistemlərinə inteqrasiya edilib. Bunun sayəsində PUA uçuş zamanı “Harbiye” sisteminin istifadəçiləri tərəfindən sahədəki bir element olaraq izləmə, komanda və nəzarət fəaliyyətlərini icra edə və sahə qruplarına buludaltı kəşfiyyat və müşahidə kimi hava dəstəyi təmin edə biləcək.
“Çağatay” PUA-sı 2021-ci ildə aparılan bir araşdırma sayəsində artıq məsafə məhdudiyyəti olmadan idarə oluna bilər.
“İnmarsat”, “Cobham”, A-TECHSYN və “Uavera” əməkdaşlığı ilə həyata keçirilən və təxminən bir il davam edən araşdırma və inkişaf layihəsi nəticəsində öz sinfində dünyanın ilk peyklə idarə olunan buludaltı PUA sistemi olmağı bacardı.
Bu yolla “Çağatay” PUA-ları fasiləsiz və etibarlı əlaqə ilə TÜRKSAT peykləri vasitəsilə asanlıqla idarə olunacaq.
“Uavera”da yenilikçi həllər
“Çağatay” PUA-sında “Uavera” tərəfindən yerli və milli qaynaqlarla inkişaf etdirilən texnologiyalar istifadə olunur. Bu yolla məhsulun dəyəri xaricdən idxal edilən rəqiblərindən daha aşağıdır, eyni zamanda sistem, mülki və hərbi tətbiqlərin ehtiyac duyduğu fərqli növ vəzifələrə uyğun olaraq konfiqurasiya edilə bilir. Bu yolla istəndiyi halda, meşəlik ərazilərin nəzarətindən neft və enerji xətlərinin nəzarətində, sahil bölgələrində qaçaqmalçılıq fəaliyyətinin nəzarətindən axtarış və xilasetmə fəaliyyətlərində, aşkarlama məqsədli regional monitorinq, müəssisə və ekoloji təhlükəsizliyin təmin edilməsindən tutmuş fərqli sahələrdə işləyə biləcək konfiqurasiyalarda sistemlər istehsal edə bilir.
Oxşar məqalələr
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə