Türkiyənin zərbə PUA-ları üçün unikal radar - MİLSAR

Türkiyənin zərbə PUA-ları üçün unikal radar -  MİLSAR
1305     14:58     17 08 2021    
Uzun uçuş müddətinə malik xüsusiyyəti ilə səmada gözətçi olaraq xidmət edən Pilotsuz Uçuş Aparatları (PUA) elektro-optik sistemlərin təsirsiz olduğu pis hava şəraitində və ya buludun üstündə uçmaq üçün “Meteksan Savunma A.Ş” şirkəti tərəfindən hazırlanan “Milsar” radarları ilə təchiz ediləcək.

Taktiki PUA-ların da faydalı yükü ola biləcək aşağı həcmə, çəki və enerji istehlakına malik olan “Milsar” mühəndislik testlərini uğurla başa vuraraq ilk dəfə IDEF-2021 müdafiə sənayesi sərgisində nümayiş olunur.

“Milsar” SAR tipli (Synthetic-aperture radar) və hərəkətli hədəf aşkarlama (MTI) radarıdır. SAR və MTI qabiliyyətli radarlar elektro-optik sensorların təsirsiz olduğu hava şəraitində yüksək keyfiyyətli görüntü verməyə davam edə bildikləri üçün kəşfiyyat və müşahidə təyyarələrinin və peyklərin əvəzolunmaz sensordur.


MTI xüsusiyyəti isə PUA-ların saatlarla havada qalmasının əsas səbəblərindən biri kimi yerdə təqib edilməsi lazım olan fəaliyyətləri izləmək üçün işə düşür.

“Meteksan” mühəndisləri tərəfindən hazırlanan “Milsar”ın əsas xüsusiyyəti “Bayraktar TB2”dən “Anka”ya, “Aksungur”dan “Akıncı”ya qədər bütün taktiki və strateji daxili platformalarda işləyə bilən yeganə radar olmasıdır.

“Milsar” qabaqcıl texnologiya və innovativ arxitektura yanaşmaları istifadəsi sayəsində yüngülləşib və ölçüləri kiçilib. Taktiki PUA-nın istehsal edə biləcəyi güc tutumu fərq yaradır.

2021-ci il ərzində PUA platformasında mühəndislik uçuş testləri tamamlanan “Milsar”ın 30 kq-dan az çəkisi, uzun məsafələrdən yüksək keyfiyyətli görüntü çəkmə qabiliyyəti və platformalara asan inteqrasiyası ilə yaxın gələcəkdə yerli PUA platformalarında istifadə olunacağı gözlənilir.

“Meteksan” şirkətinin baş derektoru Səlçuk Alparslan “Milsarın”ın Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları ilə “Meteksan” müdafiə qabiliyyətlərinin inkişafı arasında bir keçid olduğunu deyir:

“PUA-lar indi silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin səmadakı gözünə çevrilib. PUA-nın əsas sensorlarını adlandıra biləcəyimiz elektro-optik sistemlərin xüsusən də buludlu havalarda işləyə bilməməsi və bir baxışda yüksək keyfiyyətlilə geniş əraziləri analiz edə bilməməsi kimi müxtəlif zəiflikləri “Milsar” üçün keçərli deyil. “Milsar” davamlı olaraq işləyən PUA-ların baxan gözü kimi hərəkət edə biləcək. Digər sistemlərin inteqrasiya oluna bilmədiyi kiçik ölçülü PUA-larda belə istifadə oluna bilməsi üçün buna nail olacağıq. Biz də “Meteksan” şirkəti olaraq həm istifadəçilərimizin bu kritik ehtiyacını ödəməklə, həm də edilən sərmayələri yeni bir dəyərə çevirməkdən qürur duyuruq. Ümid edirəm ki, yaxın vaxtlarda yerli PUA platformalarımızdakı əməliyyatlar zamanı “Milsar”ı görə biləcəyik, bu ən böyük arzumuzdur”.

“Meteksan Savunma A.Ş.”

“Meteksan” şirkəti “Bilkent Holding” nəzdində fəaliyyət göstərən yüksək texnologiyalı şirkətlərin müdafiə sənayesinə yönəlik layihələrini və fəaliyyətlərini eyni dam altında birləşdirmək və koordinasiya etmək məqsədi ilə 2006-cı ildə qurulub. Müdafiə sənayesi sektorunda şirkət Türkiyə Silahlı Qüvvələri və digər təhlükəsizlik qüvvələri üçün milli, müstəqil və orijinal, yüksək texnologiyalı məhsullar və alt sistemlər inkişaf etdirmək üzrə səylərini davam etdirir.

Radar sistemləri, ərazi müşahidə sistemləri, lazer və elektro-optik sistemlər, rabitə sistemləri, sualtı akustik sistemlər və platforma simulyatorları da daxil olmaqla 6 əsas sahədə fəaliyyət göstərən “Meteksan” Türkiyənin gəmi, helikopter, PUA layihələrində, tank əleyhinə və hava hücumundan müdafiə raket sistemlərinin inkişafı kimi bir çox kritik layihələrdə iştirak edir. Helikopterlər və PUA-lar üçün radar sistemləri, ərazinin müşahidə radarları, altimetrlər, taktiki və strateji raket sistemlərinin “datalink”ləri, sonar sistemləri, sualtı erkən xəbərdarlıq və rabitə sistemləri və təlim simulyatorları “Meteksan” şirkətinin inkişaf etdirdiyi əsas orijinal və milli məhsullardır.
Strategyvision.org

Teq: Metaksan   Milsar  


Oxşar məqalələr
Son əlavə olunanlar