ABŞ Ordusu “Shadow” PUA-larını əvəz etmək üçün yarış keçirib

ABŞ Ordusu “Shadow” PUA-larını əvəz etmək üçün yarış keçirib
1555     13:00     17 08 2021    
ABŞ Ordusu köhnəlmiş, uçuş-enmə zolağından asılı olan “Shadow” PUA-larını yeni taktiki PUA-ları ilə əvəz etmək üçün yarış keçirib.

Ordu bir ildən çox müddət ərzində “Textron” istehsalı “Shadow”ları yeniləri ilə əvəz etmək üçün müxtəlif yeni və təkmilləşdirilmiş PUA-ları sınaqdan keçirib. Tələblərin qiymətləndirilməsinə kömək etmək üçün Ordu 2019-cu ildə dörd PUA seçib, hər bir sistemdən istifadə etmək və rəy vermək üçün əsgərlərə təhvil verib.

Təqdim edilən hava vasitələri “Martin” və “Northrop Grumman” komandası tərəfindən hazırlanan “V-Bat”, “Textron” şirkətinin “Aerosonde”, “Arcturus” şirkətinin “Jump 20” və “L3Harris” şirkətinin FVR-90 PUA-larıdır.

Operatorlar PUA-ların qabiliyyətlərini yoxlayıb. Sistemlər avtonom uçuş və eniş, pis hava şəraitində uçma qabiliyyətini nümayiş etdirib. PUA-ların JP-8 yanacağı ilə işləyə bilməsi tələb olunur. Təqdim edilən bütün sistemlər bu yanacaq növündən istifadə etmir.

ABŞ ordusu gələn il komponent inkişafını dəstəkləmək üçün 36.4 milyon dollar, rəqabətli prototip hazırlama və inteqrasiya səyləri üçün 12 milyon dollar xərcləməyi planlaşdırır.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar