Pentaqon daha bir şirkətlə antidron sistemləri üçün müqavilə imzalayıb

Pentaqon daha bir şirkətlə antidron sistemləri üçün müqavilə imzalayıb
964     10:51     16 08 2021    
ABŞ Müdafiə Nazirliyi antidron sistemləri sahəsində işlərini davam etdirən “Citadel Defense” şirkəti ilə müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 6 milyon dollardır. Bundan bir neçə ay öncə şirkət daha 4 milyon dollarlıq müqavilə imzalamışdı.

San Dieqoda yerləşən şirkət Süni Zəka texnologiyasından istifadə edərək antidron sistemləri yaradır. İstehsal edilən sistemlər həssas infrasturukturların qorunmasında istifadə ediləcək.

Şirkətdən verilən məlumata görə, üzərində işlərin davam etdiyi platforma ən müasir SZ imkanlarından, maşın öyrənməsindən və sensor birləşməsindən istifadə etməklə PUA-ları avtonom şəkildə aşkarlayacaq, təsnif edəcək, izləyəcək və zərərsizləşdirəcək.

"Citadel Defense" sistemlərinin ən müasir PUA-lardan müdafiə qabiliyyətlərini istifadəçi dostu interfeysləri ilə birləşdirdiyini söyləyir. Döyüşdə sınaqdan keçirilmiş sistemlər radar, optika və radioelektron müharibə sensorları, maksimum səmərəliliyi nisbi istifadə rahatlığı ilə birləşdirən intuitiv interfeys ekranı ilə birləşdirilib. Sistem fərqli hərbi, hökumət və kommersiya müştəri tələblərinə uyğunlaşdırıla bilər.
Strategyvision.org

Teq: ABŞ   Antidron  


Oxşar məqalələr
Son əlavə olunanlar