Türkiyənin yeni PUA “ovçusu” nələrə qadirdir? – KAPAN

 Türkiyənin yeni PUA “ovçusu” nələrə qadirdir? –  KAPAN
743     15:27     14 08 2021    
Xəbər verdiyimiz kimi, Türkiyənin “Metaksan” şirkəti mini-mikro PUA təhdidlərinə qarşı tam müdafiəni təmin edən “Kapan” adlı antidron sistemi təqdim edəcək.Bu barədə “Meteksan” şirkətinin rəsmisi İzət Adil Baktır məlumat verib.

Sistem kritik infrasturuktur və sərhəd təhlükəsizliyi tətbiqlərində cari və asimmetrik təhlükə halına gələn PUA-ları aşkar etmək üçün ən təsirli həll hesab edilir.

Şirkət “Kapan” antidron sistemini öz qaynaqları hesabına inkişaf etdirib və 2018-ci ildə tamamlayıb.


“Kapan” sistemi performansın çox yüksək alt sistemləri və uzaqdan idarə proqramı ilə IDEF 2021-də təqdim ediləcək

Kapan” antidron sistemi içərisində yer alan “Retinar FAR-AD” radarı “Meteksan Savunma”nın çətin sahə sınaqları nəticəsində ortaya çıxıb.

“Retinar”ın bu versiyası mini-mikro PUA-ların həssas şəkildə aşkarlanması üçün xüsusi olaraq hazırlanmış yeni antenaya, yüksək performanslı özəlliklərə və Süni Zəka texnologiyaları tərəfindən dəstəklənən xüsusi alqoritmlərə malikdir.

Yeni quruluşu sayəsində hava hədəflərini daha uzun məsafədən təsbit edən və bir baxışda daha geniş bir ərazini izləyə bilən “Retinar FAR-AD” “Kapanı”ı daha inkişaf etmiş PUA “ovçusu”na çevirib.

“Retinar FAR-AD” radarı, PUA-ların diaqnozu və izlənməsi üçün kamera sistemi və PUA-ların yararsız vəziyyətə gətirilməsi üçün cammerlər “Kapan”ın əsas hissələridir. Bütün bu alt sistemlər xaricində, “Kapan” sistemi ilk dəfə “IDEF 2021” sərgisində yeni hazırlanmış komanda idarəetmə proqramı ilə nümayiş olunacaq.

Bütün sensorlardakı məlumatları toplayıb ümumi hava vəziyyətini araşdıran “Kapan” komanda idarəetmə proqramı SZ ilə dəstəklənən alqoritmlər, 3D interfeysi, açıq, ölçüləbilən və modul arxitekturası sahəsində dünyada inkişaf etdirilən ən yenilikçi komanda və idarəetmə proqramlarından biridir.
Strategyvision.org

Teq: Türkiyə   Kapan  


Oxşar məqalələr
Son əlavə olunanlar