Türkiyədə minaatan sursatı daşıyan yeni PUA - BOYGA

 Türkiyədə minaatan sursatı daşıyan yeni PUA -  BOYGA
1666     10:41     14 08 2021    
Türkiyənin STM şirkəti minaatan sursatı daşıyan “Boyga” adlı kvadrakopter tipli PUA-sını təqdim edib.

Sabit və fırlanan qanadlı, kamikadze, kəşfiyyat və nəzarət üçün insansız sistemlər istehsal edən STM bu çərçivədəki layihələrinə yenisini əlavə edib. “Kargu” adlı fırlanan qanadlı (kvadrakopter tipli) kamikadze PUA və sabit qanadlı daşınabilən “Alpagu” adlı ağıllı “gəzən sursat”ın ardından STM məhsul ailəsinə minaatan sursatı daşıyan “Boyga” adlı fırlanan qanadlı PUA-nı daxil edilib.


“Boyga” yerüstü idarəetmə stansiyası vasitəsilə planlaşdırılan vəzifə çərçivəsində təkmilləşdirilmiş ballistik qiymətləndirmə alqoritmi sayəsində 81 mm-lik minaatan sursatını hədəfə endirə bilir.

Silah sisteminin inteqrasiyası Maşın və Kimya Sənayesi (MKE) ilə birlikdə həyata keçirilib və PUA-nın sursatı atıcı mexanizmə uyğunlaşdırılıb.

Qeyd edək ki, minaatan sursatı daşıyan fırlanan qanadlı PUA-nın Azərbaycan nümayəndələrinin də iştirak edəcəyi “IDEF 2021” sərgisində STM stendində sərgilənəcəyi gözlənilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Ölçüləri (Rotordan rotora): 800x800x500 mm
Diaqonal uzunluğu: 1.150 mm
Platforma quruluşu: Kvadrakopter (4 Mühərrik)
Ağırlıq (döyüş sursatı olmadan): 13,5 kq
Maksimum qalxma ağırlığı: 15.6
Havada qalma vaxtı: 35 dəqiqə (1 ədəd 81 mm minaatan sursatı ilə)
Maksimum Uçuş hündürlüyü: 1500 m
Maksimum Kreyser Sürəti: 20 m/s
Maksimum Külək Sürəti Müqaviməti: 10 m/s
Görüntü Sisteminin Xüsusiyyətləri
Gimbal: 2 oxlu
Video keyfiyyəti: HD 720P
Optik yaxınlaşdırma: 10x


Rabitə sisteminin xüsusiyyətləri

Tezlik: C Bant
Kommunikasiya məsafəsi: 8 km
Təhlükəsizlik: AES-128


Yerüstü Nəzarət Stansiyasının Xüsusiyyətləri

Planşet: 10.1 düymlük sensor ekran
İşləmə müddəti: 2 saat
Strategyvision.org

Teq: STM   Türkiyə   Boyga  


Oxşar məqalələr
Son əlavə olunanlar