ABŞ Ordusu kiçik PUA-lara qarşı “Thor” mikrodalğalı silahlarını irəli sürür

ABŞ Ordusu kiçik PUA-lara qarşı “Thor” mikrodalğalı silahlarını irəli sürür
1157     16:05     14 08 2021    
ABŞ Ordusu kritik infrasturukturu kiçik PUA-lardan qorumaq üçün tezliklə “Thor” adlı mikrodalğalı silahından istifadə edəcək.

Sistemin əməliyyat üçün nə vaxt hazır ola biləcəyi ilə bağlı məlumat verilməyib, lakin texnologiyanın inkişafının davam etdiyi bildirilir.

“Thor” yüksək güclü mikrodalğalardan istifadə edərək dronların elektronikasını yandırır. Sistem ABŞ Hərbi Hava Qüvvələri Araşdırma Laboratoriyası (AFRL) tərəfindən hazırlanıb. Silah sistemi bir müddət əvvəl Afrikada sınaqdan keçirilmişdi.

Qeyd edək ki, ABŞ ordusu İranın Yaxın Şərqdə kiçik PUA-lar istifadə etməsindən narahatlığını ifadə edib.

"Thor" kənardan konteynerə quraşdırılan radara bənzəyir. Ölçüləri hərbi standartlara görə kiçikdir. Bütün sistem 20 metr uzunluğunda konteynerinin içərisindədir, C-130 hərbi nəqliyyat təyyarələrinə yerləşdirilə bilər. ABŞ Hərbi Hava Qüvvələri vahid qiymət göstərməsə də, inkişaf xərclərinin 15 milyon dollar olduğunu söyləyir.

2021-ci ilin fevral ayında ABŞ Hərbi Hava Qüvvələri Kirtland aviabazasında "Thor" sistemini sınaqdan keçirib.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar